Naxçıvanda nazir əvəzi büdcədəki vəsaiti vaxtından əvvəl xərclədi – İşçilər əməkhaqqı ala bilmir

 
5-11-2024, 11:20            81 dəfə baxılıb
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin işçiləri əməkhaqqı ala bilmir.

Bu barədə TNS-ə nazirliyin əməkdaşları məlumat veriblər.

Bildirilib ki, nazirliyin işçilərinin sentyabr ayı üçün maaşı da gec verilib. İndi isə oktyabr ayının əməkhaqqısını ala bilmirlər.

Məlumata görə, nazirliyin büdcəsində vəsait yoxdur. Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsində bu nazirliyin işçilərinə əməkhaqqı verilməsi üçün nəzərdə tutulan vəsait vaxtından əvvəl xərclənib. Nazir müavini, nazirin səlahiyyətlərini icra edən Rahid Ələkbərovun tapşırığı ilə nazirliyin məsul işçilərinə hər ay mükafat verilib. Nazir əvəzi aidiyyəti orqanlara vəsait verilməsi üçün müraciət etsə də, müsbət cavab ala bilməyib.

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sorğularımıza cavab vermədiyi üçün onların mövqeyini təqdim edə bilmirik. Ümid edirik ki, nazirlik bu yazıdan sonra yaranmış problemin səbəbini açıqlayacaqdır.

Bütün bunlar onu göstərir ki, Naxçıvan Muxtar Respublikasında ciddi bir nəzarətsizlik mühiti yaranıb. Tutaq ki, hansısa nazirlikdə rəhbər vəzifəli şəxslər bildiyini edir. Bəs, Naxçıvanın Nazirlər Kabineti, Maliyyə Nazirliyi hara baxır?







Xəbəri paylaş


 
 


Xəbər lenti