Müəllimlərin “savaşı” başlayıb: - Niyə üz-üzə gəlirlər?
9-06-2023, 13:40 56 dəfə baxılıb
Son günlər müəllimlərin çalışma yaş həddi ilə bağlı müzakirələr davam edir.
Hətta Milli Məclisdə bəzi millət vəkilləri təklif ediblər ki, müəllimlərin çalışma yaş həddi daha da artırılsın. Müəllimlərin isə bir qismi pensiya yaşı, 63,5-65 yaşdan sonra da fəaliyyətini davam etdirmək istəyir. Bunun səbəbini isə pensiya yaşı çatmış müəllimlər 40 ildən artıq çalışmalarına baxmayaraq, cüzi miqdarda pensiya almaları və buna görə yenə də müqaviləni uzatmaq məcburiyyətində qalmaları ilə izah edirlər.
Digər tərəfdən isə gənclər bu fikirlə razılaşmır, ali məktəbi başa vurduqdan sonra işlə təmin olunmaq üçün vakansiyaların yaranmasına ehtiyac olduğunu deyirlər. Beləliklə, bu gün bir tərəfdə pensiya məbləği ilə bağlı yenə çalışmaq məcburiyyətində qalan yaşlı müəllimlər, digər tərəfdə isə işlə təmin olunmaq istəyən gənclər dayanıb.
Bəs həm yaşlı müəllimlərin, həm də gənc kadrların problemlərinin həllində çıxış yolu nədir?
Əyalətmedia.az-ın məlumatına görə, təhsil üzrə ekspert Nadir İsrafilov “Cümhuriyət” qəzetinə bildirib ki, son günlər Milli Məclisin deputatları səviyyəsində bu məsələ müzakirə obyektinə çevrilib:
“Məsələnin hansı şəkildə həllinə gəldikdə, mövcud əmək qanunvericiliyinə görə, müəllimin çalışma yaş həddi 65 yaş müəyyənləşib. Ancaq 65 yaşdan sonra 1 il uzatmaqla 70 yaşına çatdırmaq olar. Əgər onun Əməkdar müəllim və digər dövlət əhəmiyyətli mükafatları varsa, ondan sonra da 1 il artırmaq olar.
Bu gün üçün hesab edirəm ki, mövcud qanunvericilik ən uyğun qanunvericilikdir. Müəllim üçün 65 yaş ən püxtələşən, təcrübə qazanan bir dövrdür. Əgər o müəllimin potensialı, fiziki sağlamlığı imkan verirsə, 65-70 yaşına qədər işləyə bilər. Bu şərtlə ki, mövcud qanunvericiliyin qaydaları obyektiv şəkildə həyata keçirilsin.
Bəzən elə olur ki, müəllimin potensialı nəzərə alınmır, 65 yaşı tamam olan kimi ona məktub gəlir. Hətta bir müddət tədris ilinin ortasında 65 yaşla bağlı işdən azad edirdilər. Sonralar bu məsələ daha da böyüdü, indi isə tədris ilini başa vurur. Mövcud qanunvericiliyə əsasən, müəllimin 70 və daha artıq yaşda da işləmək imkanı var”.
Həmsöhbətimizin fikrincə, bəzi regionlarda hansısa fənn üzrə müəllim çatışmazlığı da yarana bilər:
“Xeyli regionlar var ki, müəllim çatışmır. Belə bir şəraitdə 67-68 yaşı olsa belə, müəllim çatışmırsa, niyə onu işdən azad etməliyik? Yəni vakansiyalar da nəzərə alınmalıdır. Eyni zamanda, təcrübəli müəllimləri işdən azad etmək hesabına səriştəsiz, təcrübəsiz müəllimlərin yerləşdirilməsi də düzgün mövqe deyil.
Ona görə də o müəllimin potensialı varsa, imkan vermək lazımdır ki, o çalışsın. Bundan başqa bir təklif də var ki, 65-70 yaşı olan müəllimlər ümumiyyətlə, sertifikasiyaya cəlb olunmasınlar. Sertifikasiya da 5 ildən bir keçirilir və müəllimin 65 yaşı varsa, onun sertifikasiyaya cəlb edilməsinə ehtiyac yoxdur. Elə hal da olur ki, 5 ildən sonra 70 yaşına qədər də işləyə bilər. Burada 10 il boşluq yaranıb və sonrakı 5 il müəllim sertifikasiyadan keçməsə də, onun əməyinə diferensial yanaşma ola bilər. Ümumiyyətlə, sertifikasiya müəllimi daim inkişafda saxlamaq, məsuliyyətini artırmaq üçündür. Bizdə 70 yaşına qədər də işləyən müəllimlər az deyil.
O, sertifikasiyaya cəlb olunmasa da, əməyinə diferensial yanaşılsın. Hələ ki, bu məsələlər müzakirə dövründədir. Hesab edirəm gec-tez bu məsələyə bir nöqtə qoyulmalıdır. Çünki bu məsələ pik nöqtəsinə çatıb. Ümumi ictimai rəy nəzərə alınmalıdır. Ya mövcud qanunvericilik saxlanılmalı, ya da dəyişiklik aparılmalıdır”.
Ekspertin sözlərinə görə, müəllimi 60 yaşında da işdən azad etmək olar:
“Dünyanın elə ölkələri var ki, müəllimi 62 yaşında təqaüdə çıxarırlar və onlar narazı qalmırlar. Müəllim nəyə görə işləmək istəyir? Çünki təminat baxımından işləməyə məcburdur. Bu gün ölkəmizdə orta ömür 71 yaşdır. Əgər müəllimi 70 yaşda işdən azad ediriksə, onun müstəqil, rahat həyat keçirmək üçün cəmi iki il vaxtı qalır.
Ancaq təminatı olsa, yüksək təqaüd verilsə, hamı istəyər ki, gedib gəzsin, istirahət etsin. Müəllim əməyi o qədər də asan iş deyil, gənc nəslin tərbiyəsi ilə məşğul olub, əsəbləri gərgin vəziyyətdədir. Ona görə də yaşın azaldılması məntiqi cəhətdən daha səmərəlidir. Ancaq bazarın tələblərinə uyğun maddi təminat yoxdur deyə, yaşlı nəsil çalışır ki, daha çox işləsin. Yəni orada müəllimin yaşı yox, səriştəsi, bacarığı, fiziki sağlamlığı əsas götürülməlidir.
Yaşlı nəslə xor baxmaq doğru mövqe deyil. Gənclərə geniş yer veririk, ancaq gənclər də unutmamalıdır ki, yaşlı nəsil onları gətirib bu ərsəyə çatdırıb. Ona görə də kütləvi şəkildə “yaşı çatıb getməlidir, gənc nəsil gəlməlidir” kimi fikirlər doğru deyil”.
Həmsöhbətimiz deyib ki, hazırda ölkəmizdə müəllim kadrların sayı tələbatdan 3 dəfə artıqdır:
“Bunu qaydaya salmaq lazımdır. Gənclər də universiteti başa vurub, işlə təmin olunmalıdırlar. Ona görə də universitetlərin qəbul planlarında dəyişiklik etmək lazımdır ki, kütləvi istehsal edib işsiz qalmasın. Bu məsələlərə də baxmaq lazımdır”.

Xəbəri paylaş