HÖKUMƏTİN “TAKSİ DƏRDİ” VƏ “SAQQAL DARAĞI” – Ölkədə daha hansı sahədə “avro-5” standartına ehtiyac var?...
1-04-2024, 13:02 122 dəfə baxılıb
Hətta yüksək deyil, nisbətən inkişaf etmiş ölkələrdə belə taksi xidməti ilə məşğul olan işçi kontingentinin böyük hissəsi əsasən kasıb ölkələrdən gələn əmək miqrantlarından ibarət olur. Sosial durumu yüksək olan yerli əhali bu ağır və az gəlirli sahədə işləməyə can atmır. Azərbaycanda isə hindistanlı, pakistanlı, afrikalı və s. taksi sürücüsü görməzsiniz, hamısı öz yerli vətəndaşlarımızdır ki, bu da əhalimizin zəif sosial durumunu ifadə edən daha bir sadə göstərici sayıla bilər. Və bunun fonunda hökumət taksi xidmətilə bağlı “avro-5” standartlı qaydalar, tələblər barədə ciddi narazılığa səbəb olan qərar verir...
İstər-istəməz sual yaranır ki, taksidən “avro-5” standartı tələb edən hökumətimiz sosial təminat, iqtisadiyyat, təhsil, səhiyyə və s. sahələrdə, o cümlədən də öz fəaliyyətində şərti “avro-5” standartına nail olubmu ki, indi də qalıb bir taksi sektoru? Bir neft ölkəsində on illərdir normal Avropa standartlı yanacaq istehsalını təşkil edə bilməyən hökumətin taksi sürücüsündən “avro-5” standartı tələb etməsi nə dərəcədə məntiqlidir? Rabitə Nazirliyi ölkədə normal internet xidmətini təmin edə bilmir, ictimai nəqiyyat nəinki “avro-5”, heç “avro-2” standartına da uyğun deyil, taksilərdən isə yüksək Avropa standartı tələb olunur. Niyə? Sanki son illərdə hökumətin taksidən və pullu dayanacaqlardan başqa dərdi, problemi yoxdur. Sanki taksilər ölkə büdcəsini dolduran, ya da talayan və ən iri yeyintilər, maxinasiyalar, tenderlər, korrupsiyalar olan həyati əhəmiyyətli bir sahədir.
Düşündürücüdür ki, belə qərarların verilməsində məqsəd nədir? Əgər məqsəd şəhərimizin, belə demək mümkünsə, mədəni, estetik görünüşünü dəyişmək, müasirləşdirməkdirsə, taksiyə qədər həll olunacaq onlarla, bəlkə də yüzlərlə problem var. Məsələn, neçə ildir ictimai yerlərdə, iaşə müəssisələrində siqaret qadağası heç cür tətbiq edilə bilmir ki, bilmir. Kafelərə, restoranlara, çayxanalara siqaret tüstüsündən baş soxmaq mümkün deyil və bunu ölkəmizə gələn turistlər də görür və videolarında göstərirlər. Əvəzində, turist-blogerlərin paytaxtımız barədə çəkdikləri videolarda demək olar, taksinin ucuz olmasıyla bağlı yalnız müsbət rəylərə rast gəlinir...
Normalda bu və ya digər sahəylə bağlı yeni standart, qadağa tətbiq edən hökumət həmin qərarların əhalinin sosial durumuna uyğunluğu səviyyəsini də nəzərə almalıdır. Azərbaycan hökumətində hazırlanan qərarların əhalinin sosial vəziyyətinə, hətta psixologiyasına təsir dərəcəsini hesablayan, bununla maraqlanan, buna cavabdeh olan hansısa şöbə, məmur varmı? Yəqin ki, yox! Olsaydı, özü də əsl şərti “avro-5 standartlı” hökumətlər kimi davranardı, həmin tələb və qadağanın qarşılığında hansısa alternativ gəlir mənbəyi, yaxud bundan əziyyət çəkənlərə kompensasiya təklif edərdi.
İndi böyük ehtimalla bir çox sahibkarlarla onlardan köhnə “Prius”ları, sonradan özünə qalmaq şərtilə, icarəyə götürən sürücülər arasında ciddi narazılıqların, münaqişələrin şahidi olacağıq. Adam var ki, götürdüyü maşının dəyərinin yarısının, hətta yarıdan çoxunun pulunu sahibkara ödəyib. Bu adamlar nə sahibkardan pulunu geri ala, nə də maşını çıxarıb sata biləcək. Bazar da ki, məlum qərardan sonra artıq belə maşınlarla ağızbaağız dolub. Hökumət bu problemlərin həlli barədə düşünübmü, ümumiyyətlə, bunu nəzərə alıbmı?
Bəli, taksi sahibləri olan sahibkarların əksəriyyəti öz biznesini leqallaşdırmayıb, vergi ödəməyib və sair. Ancaq leqallaşdıran və vergi ödəyənlər də çoxdur axı. İndi həmin adamların biznesləri yerli-dibli çökəcək. Bəs hökumət heç olmasa belələrinə kompensasiya ödəməyi nəzərdən keçirirmi? Yaxud 10 minlərlə taksi sürücüsünə, deməli həm də ailə başçısına (onların böyük əksəriyyəti bu işlə əlacsızlıqdan məşğul olur, kefindən yox) hansısa alternativ iş yeri, qazanc mənbəyi təklif olunurmu? Əlbəttə ki, yox! Hansı ki, “avro-5 standartlı” hökumətlər belə qərarlar verərkən bunu mütləq şəkildə edirlər. Necə ki, əsl “avro-5 strandartlı” hökumətlər əhaliyə, vətəndaşa hörmətlə yanaşır, hesabatlılıq daşıyır, məsələn, quru sərhədlərini illərdir bağl saxlayıb, sonra da çıxıb “mən bağlamışam” demir, deyə bilmir...
Belə qərarlar veriləndə hamını düşündürən suallardan biri odur ki, bundan kim udacaq, kim qazanacaq? Təəssüf ki, Azərbaycanda inhisarçılıq, məmur oliqarxiyası mövzusu o qədər iliklərə işləyib ki, ilk ağıla gələn hansısa məmurun, hökumətə yaxın iş adamının biznes maraqlarının təmin edilməsi olur. Bu da təsadüfi deyil və kökündə kifayət qədər real əsasları olan yanaşmadır....
Nəhayət, bu qərarın işlək olacağı kifayət qədər şübhəli görünür. Onun icrası “Uber”, “Bolt” və digər şirkətlərlə necə tənzimlənəcək? Bunun tətbiqi, buna nəzarətlə məşğul olacaq “AYNA” ilə taksi sürücüləri arasında yarana biləcək mübahisələr necə həll olunacaq? Yenə vaxtilə Ziya Məmmədovun Nəqliyyat Nazirliyinin çıxardığı hoqqalaramı qayıdacağıq?
Görünən odur ki, istənilən halda insanlar yenə məcbur qalıb hansısa əlavə yollar tapacaq və taksi xidmətilə məşğul olacaqlar. Odur ki, böyük ehtimalla bu qərar da digər bir çoxları kimi tam işlək olmayacaq və əhalinin aşağı sosial təminatlı təbəqəsinin narazılığından və hansısa oliqarxın “5-10 manat” artıq pul qazanmasından başqa heç nəyə yaramayacaq...
Ümumiyyətlə, reallıqlardan qopmayan, müasir, strateji düşüncəyə və geniş baxış bucağına malik hökumət üçün hazırkı Azərbaycan kimi böyük perspektivləri, işgüzar, zəhmətkeş insanları olan ölkədə taksi, pullu dayanacaq və s. bu kimi mövzular prioritetə çevrilməməlidir. Xalqın və dövlətin qarşısında daha böyük və əhəmiyyətli çağırışlar durarkən diqqətin belə sahələrə yönləndirilməsi ən azından yersizdir.
Bir də ki, hörmətli Baş nazirimiz milli folklorumuza yaxın adama bənzəyir(?), elə digər hökumət üzvlərimiz də həmçinin... Əgər belədirsə, yəqin ki, “düzəlib hər yarağı, qalıb tək saqqal darağı” ata sözümüzü də eşitməmiş deyillər...
AzPolitika.info

Xəbəri paylaş