Savaş Krıma doğru genişlənir – Türkiyədən baxış
23-08-2022, 12:30 81 dəfə baxılıb
Müharibənin 180 günü arxada qaldı. Bu müddətdə biz müharibənin həm Avropaya, həm beynəlxalq sistemə təsirlərini müşahidə etdik. Şərqdən Qərbə bir çox aktor müharibənin nəticələrinə fokuslanıb. Dolayısı ilə hazırda müharibəyə görə örtülü və açıq şəkildə dünyada qütbləşmə var. Bu səbəbdən müharibənin yalnız tərəflərin verəcəyi qərarla bitəcəyi mümkün görünmür.
Bu sözləri Axar.az-a açıqlamasında Ukrayna müharibəsinin altıncı ayının tamam olması haqqında danışan Türkiyənin Yıldız Texnik Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müəllimi, professor Mehmet Akif Okur deyib.
“Müharibənin nəticələri qlobal səviyyədə qüvvələr balansına təsir edir. Müharibə altı ayda həm Ukrayna, həm də Rusiyaya çox ciddi zərər verdi. Lakin müharibə meydanına çevrilən Ukrayna daha çox zərər gördü. Digər tərəfdən müharibənin qida və enerji təhlükəsizliyi sahələri başda olmaqla, dünya iqtisadiyyatına ağır təsirləri və nəticədə ortaya çıxan dalğalanmalar var. Yaxın gələcəklə bağlı isə onu deyə bilərəm ki, Ukrayna təkbaşına Rusiyanın qarşısında duracaq hərbi imkanlara sahib deyil. Ona görə Qərb ciddi şəkildə Ukraynaya yardımlarına davam edir. Edilən yardımlar nəticəsində Rusiyanın müharibənin əvvəlindəki planlarının əksinə olaraq, döyüşlərin bəlli bir yerdə durğunlaşdığını görürük. Yəni Ukraynanın şərqində müəyyən əraziləri işğal edən Rusiya irəliləyə bilmir, müharibə Krıma doğru genişlənir. Qarşıda döyüşlər daha da şiddətlənə, tərəflər daha öncə istifadə etmədikləri silahları da döyüş meydanına çıxarmaq yolu ilə mövcud durğunluğu öz xeyirlərinə dəyişdirmək istəyə bilərlər. Çünki müharibənin uzanması həm də ehtiyatların tükənməsi deməkdir. Üstünlük qazanan tərəf isə bundan diplomatiya masasında və ya baş tuta biləcək sövdələşmədə istifadə etmək istəyəcək”, - professor bildirib.
Okur hazırda Ukrayna cəbhəsində sıxışma olduğunu vurğulayıb:
“Nə Rusiya irəliləyə bilir, nə də Ukrayna onu geriyə ata bilir. Lakin yeni silahların ortaya çıxması vəziyyəti dəyişdirə bilər. Qərb ölkələrindən ayrılan yardımlarla bağlı müəyyən mübahisələr olsa da, son günlərdə Ukraynanın vurduğu hədəflər bizə hərbi yardımların kəsilməsinin, yaxud azalmasının üfüqdə belə görünmədiyini deməyə əsas verir. Qarşıdan qışın gəlməsi, Avropanın qaz təminatı məsələsi və Rusiya ilə münasibətlər yenidən gündəmə gələcək. Bu çərçivədə tərəflər arasında hansısa atəşkəs əldə olunsa belə, ondan əvvəl müharibə daha da şiddətlənəcək”.

Xəbəri paylaş