Dəhşətli hücumundan sonra Sankt-Peterburq - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 10:48

yunun 3-ü səhər saatlarında Sankt-Peterburq sakinləri şəhərdə çoxsaylı partlayış səslərinin eşidildiyi və yanğın başladığı barədə məlumat paylaşıblar.
Musavat.com xəbər verir ki, hadisə şahidlərinin çəkdiyi çoxsaylı yanğın görüntülərini analiz edən ASTRA layihəsi, hücuma məruz qalan və yanan obyektin Sankt-Peterburqdakı "Peterburq Neft Terminalı" QSC olduğu qənaətinə gəlib.
"Kommersant" qəzetinin məlumatına görə, sözügedən müəssisə Baltik regionunda neft məhsullarının daşınması üzrə Rusiyanın ən böyük terminallarından biridir. Müasir və ixtisaslaşmış daşınma kompleksi olan bu terminal, hazırda Sankt-Peterburq limanının ən böyük stividor (yükvurma-boşaltma) şirkəti hesab olunur.
Qeyd edək ki, bu gün Sankt-Peterburqda xarici iş adamlarının da qatılacağı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) işinə başlayır. ASTRA-nın hesablamalarına görə, bu gün hücuma məruz qalan neft terminalı ilə forumun keçiriləcəyi "Ekspoforum" binası arasındakı məsafə cəmi 17 kilometrə yaxındır.



























