Fərid Şəfiyev: Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər

 
Bu gün, 11:44           
Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçiriIən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazisində yaranan hər bir dövlət milli kimlikdə iz qoyub:
“Azərbaycan ərazisində bir çox dövlətlər olub və hər bir dövlət də dövlətçiliyimizdə, milli kimliyimizdə müəyyən iz qoyub. Bu məsələlər hərtərəfli araşdırılmalıdır, bununla bağlı işlər gedir, kitablar tərcümə olunur və s. Amma təcrübə hansısa boşluq yarananda bundan istifadə edildiyini göstərir”.
Fərid Şəfiyev həmçinin bildirib ki, bəzi radikal ermənilər diplomatların azad edilmiş ərazilərə sonuncu səfərindən sonra Qarabağda mövcud olan kilsələrin Azərbaycan tərəfindən “albanlaşdırıldığını” iddia edirlər:
“Ancaq bu yanaşma reallığı əks etdirmir. Azərbaycanın ərazisində müxtəlif xalqlara və dini icmalara məxsus tarixi ibadət məkanları mövcuddur və ölkəmiz bu abidələrin qorunmasına diqqət yetirir. Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək istəyirlər. Yəni onu tamamilə erməniləşdirmək istəyirlər. Onlar iddia edirlər ki, bu ərazidə “Böyük Ermənistan” olub. Ancaq Qafqaz Albaniyasının tarixi “Böyük Ermənistan” ideyasını müəyyən dərəcədə darmadağın edir. Lakin bunu görüb qəbul etmək istəmirlər”.




Xəbəri paylaş


 
 


Xəbər lenti