Əyalətmedia.az pravda.az-a istinadla xəbər verir ki, festval Gənclər və İdman Nazirliyinin sifarişi ilə keçirilən keirilib.
İcraçı şirkət “Vata” MMC-yə təşkilatçılığa görə 215.255 manat ödənib. 1.198 manat vergi borcu olan MMC-nin rəhbəri Faiq Məmmədovdur.Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, xəsarət alanlar olub.TƏBİB-in yaydığı məlumata görə, 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) isə Gəncədə, Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsində hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilən şəxslərdən 5 nəfərin müalicəsi Gəncədə davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir. İki nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Bu gün, 10:58 
























