AB istəyinə nail olur, Tramp Rusiyaya qarşı çıxmağa hazırlaşır

 
Bu gün, 09:35           
Avropalı müttəfiqlər Ukrayna məsələsində ABŞ Prezidenti Donald Trampı daha fəal mövqe tutmağa təşviq etmək üçün G7 sammitindən istifadə edirlər.
Bu barədə “Blumberq” agentliyi qapalı müzakirələrin gedişi ilə tanış olan mənbələrə istinadən məlumat verib.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, sammit iştirakçıları arasında Ukraynanın cəbhədə mövqelərini gücləndirdiyi və Rusiyanın hərbi qələbə qazanmaq imkanına malik olmadığı barədə ümumi fikir formalaşır.
Nəşr qeyd edir ki, Tramp 2025-ci ildə Alyaskada Rusiya Prezidenti Vladimir Putin ilə görüşündən sonra hesab edirdi ki, Kiyevin kifayət qədər təsir rıçaqları yoxdur və müharibəni dayandırmaq üçün ərazi güzəştlərinə getməlidir.
Lakin Fransada keçirilən sammit zamanı vəziyyətin dəyişməyə başladığı görünür.
Daha sonra Makron sammit çərçivəsində ABŞ və Ukrayna liderlərini qısa müddətə bir araya gətirib. Mənbələrindən birinin sözlərinə görə, Zelenski Trampa Rusiyanın Kiyevə endirdiyi zərbələrin nəticələrini əks etdirən fotoları, o cümlədən zədələnmiş kafedralın görüntülərini göstərib. Mənbə bildirir ki, bu görüntülər ABŞ prezidentində güclü təəssürat yaradıb.
Bundan sonra Trampın iş qrafikinə Zelenski ilə ayrıca görüş daxil edilib. Halbuki belə bir görüş əvvəlcədən planlaşdırılmamışdı./axar.az




Xəbəri paylaş


 
 


Xəbər lenti