Moskvaya son iki ilin ən böyük PUA hücumu: Neft bazası yanır – Foto/Video

 
Dünən, 10:44           
Oktyabrın 6-na keçən gecə Moskva vilayəti bir neçə saat ərzində Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb.
Bu barədə “ASTRA” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, paytaxt meri Sergey Sobyanin zərərçəkənlər və dağıntılar barədə məlumat vermədən qeyd edib:
“Oktyabrın 5-i saat 20:30-dan oktyabrın 6-sı səhər saat 5-dək Moskva regionuna doğru 650 PUA uçub. Onların əksəriyyəti uzaq hüdudlarda HHM qüvvələri tərəfindən zərərsizləşdirilib. 105 dron isə Moskvaya yaxınlaşarkən məhv edilib”.
“ASTRA”nın OSINT analitiki yanğınlardan birinin Moskva vilayətinin Ramensk şəhər dairəsinə aid Konstantinovo kəndində baş verdiyini müəyyən edib. Görüntülər Moskva vilayətinin Volodarski qəsəbəsində lentə alınıb.
Yanğın mənbəyinin “Volodarskaya” XİDS (Xətt İstehsalat-Dispetçer Stansiyası) ərazisində yerləşdiyi bildirilir.
S.Sobyaninin açıqladığı rəqəmlərə əsaslanan hesablamalara görə, Ukraynanın gecə saatlarında həyata keçirdiyi cəhd son iki ilin ən böyük hücumlarından biri olub.
Qeyd edək ki, “Volodarskaya” Xətt İstehsalat-Dispetçer Stansiyası (XİDS) “Transnefteprodukt” SC-nin tərkibinə daxil olan və Moskva regionunun ən böyük neft bazası sayılan obyektdir./oxu.az




Xəbəri paylaş


 
 


Xəbər lenti