"Nə vaxta qədər hədə-qorxu ilə işləyəcəyik?" - NARAZILIQ VAR...
Dünən, 11:01
"Gərəksiz oluruq biz, Səhv düşəndə yerimiz...(yeriniz)!Heyf... korşalırıq biz, Səhv düşəndə yerimiz...(yeriniz)!!!" "DİA-AZ" xəbər verir ki, bu replikanın müəllifi olan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti neftçi gileyini ictimailəşdirib.
NHMT sədri Azneft İB SƏTƏMM rəhbərliyindən şikayət edən işçinin müraciətini təqdim edib. Müraciətdə deyilir:
"Qeyri peşəkar işlərlə məşğul olmaqla bizi boğaza yığıblar. İndi də özüllərdə çalışan SƏTƏMM mühəndislərinin yerdəyişməsi məsələsini gündəmə gətiriblər.
Özləri oturublar isti kreslolarında, bizləri bezdiriblər. Bu yerdəyişmə etməklə heç bir effektivlik əldə etmək mümkün deyil. Heç bir mühəndisin yerdəyişməsi məsələsi yoxdur, ancaq SƏTƏMM mühəndislərini bezdiriblər. Nə vaxta qədər hədə-qorxu ilə işləyəcəyik?"
Qeyd edək ki, bunun ardından M.Qəhrəmanlı Azneft rəhbərliyinə xitabən qısa çağırışda da bulunub: "Cənab rəislər, arada işçi ilə bağladığınız Əmək Müqaviləsinin şərtlərinə də diqqət yetirin..."
Məsələ diqqətimizdədir...
Xəbəri paylaş

























