Heç ondan soruşmurlar ki, BU SƏRVƏT HARDANDIR..
27-03-2026, 11:48
Neçə gündür ki, bəzi KİV-lərdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun şəninə təriflər yağdırılır ki, bu da haqlı olaraq birmənalı qarşılanmır. "DİA-AZ" xəbər verir ki, əslində Bayramovdan qidalanan şəbəkənin icra etdiyi bu BƏY TƏRİFİ çürük, əsassız və reallığı ifadə etməyən sözlərdən ibarət olması səbəbindən ikrah hissi ilə qarşılanır.Hətta elələri var ki, sosial şəbəkələrdə etirazlarını fərqli formada ifadə edirlər. Onlardan biri diqqətimizi çəkdi deyə, dəyərli oxucularımız üçün təqdim edirik:
"Gəncənin icra başçısı Niyazi Bayramovu yeməlidiyi mətbuat Qarabağ döyüşçüsü kimi xalqa sırıyır. Amma yazmırlar ki, Niyazi Bayramovun qızı Cahan xanım Rəhimova Fransada 30 milyonluq villanı necə aldı?!"
Hər halda maraqlı sualdır və bu suala daha çox hüquq mühafizə orqanları cavab tapa bilər. "DİA-AZ" olaraq onu da qeyd edək ki, haqqında danışılan Cahan Rəhimova mərhum Gənclər və İdman Naziri Azad Rəhimovun oğlu Arif Rəhimovla evlidir.
Xəbəri paylaş



























