Bu görüntülər Azərbaycan kanalında yayımlandı: Acun İlıcalıya etiraz – VİDEO

 
Dünən, 13:56           
Xəbər verdiyimiz kimi, Türkiyə milli komandası futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində Kosovaya qalib gələrək finala vəsiqə qazanıb. 
Əyalətmedia.az globalinfo.az-a istinadən xəbər verir ki, oyun Azərbaycanda İctimai TV-də yayımlanıb.
Oyunu şərh edən Tural Dadaşovun Türkiyə millisinin qələbəsinə reaksiyası gündəm olub. Xüsusilə sosial şəbəkələrin Türkiyə seqmentində şərhçinin qələbəni sevinclə təqdim etməsi maraqla qarşılanıb.
Digər tərəfdən, Türkiyə millisinin qələbə sevincinin TV8-də yayımlanmaması, final fitindən dərhal sonra reklam təqdim olunması narazılıq doğurub, kanalın rəhbəri Acun İlıcalı tənqid edilib. Lakin qələbə sevincinin İctimai TV-də yayımlanması Türkiyə ictimaiyyətində böyük təqdir görüb. Hətta sosial şəbəkə istifadəçilərinin bir qismi sözügedən görüntüləri Azərbaycan kanalında izləyə bildiklərini vurğulayaraq TV8-i boykot ediblər.



Xəbəri paylaş


 
 


Xəbər lenti