Rusiya ilə ABŞ arasındakı geopolitik oyun Yaxın Şərqi necə dəyişir? – “Putin bunları yuxusunda görmür…”

 
Dünən, 14:03           
Vladimir Putin İranla mümkün qarşıdurmanın qlobal təsirləri barədə kəskin açıqlama ilə çıxış edib. O bildirib ki, belə bir münaqişə baş verərsə, nəticələr COVID-19 dövründə yaşanan iqtisadi sarsıntılara bənzər ola bilər. Enerji, istehsal və logistika sahələrində ciddi fasilələrin yaranacağı, dünya iqtisadiyyatının isə böyük bir şokla üzləşəcəyi vurğulanıb.
Bu cür bəyanatlar beynəlxalq arenada gərginliyi daha da artırır. Bəs bu tip sərt açıqlamalar psixoloji təzyiq göstərmək məqsədi daşıyır, yoxsa qlobal təchizat zəncirlərinin dayanması həqiqətən real risk kimi qiymətləndirilməlidir?
Mövzu ilə bağlı  açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov bildirib ki, əslində Putinin dedikləri bu gün baş verənlərdir: “Belə deyək ki, Putin yuxusunda görmür və Nasdradamus da deyil, amma reallıq budur ki, bir aydan çox davam edən müharibə nəticəsində dünya neft və qaz bazarında qiymətlər artıb. Təhlükəsizlik sistemi bu gün faktiki olaraq Yaxın Şərqdə çökmüş vəziyyətdədir. Üstəlik, artıq böyük dövlətlər münaqişənin tərəfi olmağa doğru gedir və ciddi silahlanma yarışı artmaqdadır. Bütün bunlar həm də nəyi göstərir? Dünya siyasi sistemi əvvəlki bloklaşmadan çıxır və yeni qütbləşmə ssenarilərinə doğru irəliləyir. Bu isə gələcək üçün təhlükə yaradır”.
Politoloq hesab edir ki, yeni qurulan sistem adətən yeni qütbləşmə yaratmağa meyllidir: “Məsələn, Avropa İttifaqı faktiki olaraq ABŞ-nin İranla olan münaqişəsini dəstəkləmir. Bunun səbəbi açıqdır: Avropanın böyük hissəsi İrandan neft və qaz alır. İkinci məsələ isə İranın strateji mövqeyidir. Hind okeanına açılan bu mövqe, Hörmüz boğazı vasitəsilə dünya neftinin 20-30 faizinə nəzarət imkanı verir. Bunu həm Putin, həm ABŞ, həm də Avropa və Çin bilir. Ona görə də Putinin xəbərdarlığı böyük dövlət rəhbərinin rəsmi xəbərdarlığı kimi qəbul edilə bilər. Eyni zamanda bu, psixoloji təzyiq məqsədi də daşıya bilər”./azpolotika.info




Xəbəri paylaş


 
 


Xəbər lenti