"AMEA rəhbəri illər öncə ləğv olunmuş bir işi yenidən təsdiqlətməyə çalışır" - ETİRAZ
4-11-2024, 11:36 111 dəfə baxılıb
"Dostluğumda olan insanların böyük əksəriyyəti elmi ictimaiyyətin nümayəndələri olduğunu nəzərə alaraq, sizinlə
son zamanlar olduqca mənfi bir tendensiyanın yayılması barədə fikrimi bölüşmək istərdim..."
Paralel.az xəbər verir ki, bu fikirləri AMEA Tarix və Etnologiya İnstitutunun Aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Günel Aslanlı paylaşıb.
"Deməli, 10-15 il öncə müdafiə edilərək bütün instansiyalardan keçib imtina almış və heç bir elmi dəyəri olmayan bir dissertasiya, əgər kifayət qədər "güclü" adamlarınız və maliyyə imkanınız varsa, AMEA-nın prezidenti tərəfindən xüsusi təşəbbüslə yenidən gündəmə gətirilir. AMEA rəhbəri öz vəzifə səlahiyyətlərindən istifadə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət edib və illər öncə ləğv olunmuş bir işi yenidən təsdiqlətməyə çalışır.
Bu məsələdə iki əsas tərəf var. Birinci tərəf, müraciət edən akademiklər – onlar hansı şəxsi və ya maliyyə maraqlarına görə bu addımı atırlar? Bu, açıq şəkildə vəzifədən sui-istifadə, korrupsiya və rüşvət mexanizminin təzahürü kimi görünür.
İkinci məsələ isə bu hadisənin mənəvi və etik tərəfləri: belə bir addım elmi dəyərlərə, elmin obyektivliyinə və dürüstlüyünə ziddir və eyni zamanda gənc tədqiqatçılara qarşı haqsızlıqdır! Belə bir tendensiya Azərbaycan elminin nüfuzuna və dəyərlərinə zərbə vurur, eyni zamanda ictimai etimadın azalmasına səbəb olur.
Elmin müstəqilliyi və obyektivliyi naminə bu kimi halların ciddi şəkildə araşdırılması və qarşısının alınması çox vacibdir. Ümid edirik ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, hörmətli Famil müəllim, bu mənfi tendensiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirərək, Akademiya daxilində baş verən intriqaların, rüşvət və korrupsiyaya meylli halların Komissiya səviyyəsində qarşısını almaqda prinsipial mövqe sərgiləyəcəkdir!"

Xəbəri paylaş