Bu regionalın müdiri "qaz vurub, qazan doldurur" - "Ölü canlar"dan danışırıq

 
4-11-2024, 13:11            112 dəfə baxılıb
Hələ 2021-ci ildə yerli saytlardan birində Kürdəmir Regional Mədəniyyət İdarəsinin müdiri barəsində yazılan tənqidi yazı belə başlayırdı: "Əbülfəz Qarayev getdi, Anar Kərimov gəldi, ancaq vəziyyət dəyişmədi..."

Biz də eyni şəxs - Faiq Xudanlının qara-qura işləri barəsində ətraflı şəkildə bəhs edəcəyimiz yazını məhz həmin sözlərlə başlamağı lazım bildik.

Anar Kərimov getdi, Adil Kərimli gəldi, ancaq vəziyyət dəyişmədi...

Bəli, iki nazir yola salıb üçüncünü qarşılayan, Faiq Xudanlı üçün dəyişən sadəcə iş yeri oldu. Vəzifə də olduğu kimi, fəaliyyət qaydası da...

Ötən həftə informasiya portalında Faiq Xudanlı fəaliyyəti barəsində dərc etdiyimiz qısa yazıda, onun kimləri hansı şərtlərlə işə götürdüyündən danışacağımızın anonsunu vermişdik.

Əvvəlcə, ordan başlayaq ki, etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, təmirsiz bərbad vəziyyətdə olan, hazırda insanların işinə yaramasa da Allahın heyvanlarının - mışın, siçovulun yuvasına çevrilən İmişli rayon mərkəzi kitabxanası və Mədəniyyət evinin təmiri üçün bir neçə dəfə büdcədən pul silinsə də həmin məbləğlər təyinatı üzrə xərcləməyib. Bu zatən göz qabağındadır. Yəni, 1-2 vedrə boya ilə gözdən pərdə asmaq kifayət edib.

Etibarlı mənbənin redaksiyamıza bildirdiyinə görə, Xudanlının əsas gəlir yeri "ölü canlar"dır.

Məsələn, İmişli rayonunda qapısının belə hörümçək toru bağlamış rəsm qalereyasında bir neçə işçi adının olduğu, həmçinin Evində oturub, mədəniyyət evində fortepiano müəllimi kimi adı gedən, adına yazılan 1300 manat maaşın hər ay 300 manatını "halallıq olsun deyə" Xudanlıya peşkəş verən Elyanora xanım, Rayon təhsil şöbəsində müdir müavini işləyən Vahid Tağıyevin bazarda alver etdiyi halda adı mədəniyyət evində işçi kimi gedən oğlu Səfər Tağıyev kimi bazarda və digər sahələrdə çalışan bir neçə şəxslər uzun müddətdir ki, Xudanlının maraqlarına xidmət etdiyi deyilir.

Amma, təəssüf ki, Xudanlının kitab müəllifi olduğu və digər bacarıqları barədə bəzəkli-düzəliş yazılar yazıb, onu xalqa nümunəvi məmur və ziyalı kimi sırımağa çalışan bəzi saytlar, onun çoxşaxəli bacarıqlarının siyahısına bu qədər qanunsuz işlərini nazirlikdən məharətlə gizlədə bilməsi kimi "fitri istedad"ını əlavə etməyiblər.

Qeyd edək ki, bu qədər qazandığına baxmayaraq, deyilənə görə Faiq bəy tabeliyində fəaliyyət göstərən bütün idarələrdə xarab olan avadanlıqları da qəpik-quruşa işlətdiyi işçilərin özünə təmir etdirir.

"Həftə səkkiz, mən doqquz" tabeçiliyindəki idarələrdə şəxsən yoxlama apardığı deyilən Xudanlı özünün işə aldığı şəxsləri iş başında görmür, tələb də etmir, amma minimum əmək haqqı ilə çalışan qeydiyyatçı xanıma, "kompyuter işləmir, onu niyə düzəltdirmirsən?" deyə irad bildirir.

Hələ təmizlik vasitələrinin təmizlikçilərin özünə aldırılmasını demirik.

Bütün bunlara rəğmən isə Faiq Xudanlı mövqe almaq istəyəndə rahatlığını pozmadan, "rəsmi sorğu göndərin, cavablandırmaq" dedi, lakin sözünü tutmadı.
Artıq, bir neçə aydır ki, Faiq bəy deyəsən göndərdiyimiz sorğunun cavabı üzərində düşünür. Hələ də cavab yoxdur.

Qeyd edək ki, bu dəfə Xudanlı ilə "şərikli maaş" aldığı deyilən cəmi iki şəxsin adını çəkdik. Lakin, bu siyahı heç də Elyanora və Səfər adından ibarət deyil.

Növbəti yazımızda İmişli rayon Mədəniyyət evində, Mərkəzi Kitabxana və Bayraq muzeyində yalnız kağız üzərində adları işçi siyahısında gedən və işə düzəlmək üçün rüşvət verdiyini deyən şəxslərin adlarını təqdim edəcəyik.

Araşdırmalarımız davam edir.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az



Xəbəri paylaş


 
 


Xəbər lenti