Azər Qasımzadə: “Zəlzələlərə qarşı dayanıqlı tikililər üçün yeni texnologiya tətbiq edirik”
23-01-2025, 11:47 95 dəfə baxılıb
AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi (ZMETM) zəlzələ təhlükəsinə qarşı yeni texnologiyalar tətbiq edərək binaların dayanıqlılığını artırmağı hədəfləyir.
AzMİU-dan Pravda.az-a bildirilib ki, Mərkəzin direktoru professor Azər Qasımzadənin sözlərinə görə, müasir dövrün tikinti normativləri zəlzələ riski altında olan bölgələrdə binaların funksional itkisini və zərərini nəzərə alaraq, insanların həyatını qorumağa yönəlir:
"Mərkəzin həyata keçirdiyi tədqiqatlar, yüksək seysmik performanslı binaların tikintisini təmin etmək və şəhərlərin təhlükəsizliyini artırmaq məqsədini güdür".
Professor Azər Qasımzadə ZMETM tərəfindən həyata keçirilən plastik deformasiya və seysmik izolyasiya üsullarının binaların dayanıqlığını artırdığını və zəlzələlərdən sonra bu qurğuların istifadəsinin davamlı olmasına kömək etdiyini qeyd edib.
O, əlavə edib ki, mərkəz bu sahədəki ən yeni texnologiyaları tətbiq edərək, daha etibarlı və sərfəli tikinti həlləri təklif edir:
“Zəlzələ təhlükəsinin daha da azaldılması üçün layihələndirmə və tikinti prosesində ciddi yanaşmaq zəruridir. Layihələndirilmiş binaların tikintisində layihəyə uyğunluğa nəzarət edən orqanların müstəqil fəaliyyət göstərməsi də zəruridir. Bu yanaşma tikinti prosesində keyfiyyətin daha da yüksək səviyyədə qorunmasını təmin edəcək. Eyni zamanda, əlaqəli tikinti normalarının hər beş ildən bir yenilənməsi zəlzələlərdən sonra əldə edilən elmi biliklərin və texnologiyaların tətbiqinə imkan verəcək.”
Azər Qasımzadə Azərbaycanın yüksək seysmik aktivliyə malik bölgədə yerləşməsini nəzərə alaraq qeyd edib ki, təhlükəsizliyi təmin etmək üçün mühəndislik yanaşmalarına müasir innovasiyalar əlavə olunmalıdır:
“İzolyasiya sistemlərinin və yeni texnologiyaların tətbiqi ilə mövcud binaların dayanıqlığını artırmaq mümkündür. Bu tədbirlər təkcə insan həyatını qorumaq deyil, həm də binaların funksional saxlanılmasını təmin etməyə yönəlməlidir.”
Azər Qasımzadə: “AzMİU-nun yeni Monitorinq Mərkəzi strateji binaların təhlükəsizliyini təmin edəcək. Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi zəlzələlərə qarşı yüksəkdir təhlükəsizlikli binaların dayanıqlılığını təmin etmək məqsədilə yeni bir Monitorinq Mərkəzi quracaq. Bu Mərkəz binada baş verən istənilən konstruktiv dəyişiklikləri izləyəcəyini və zamanında müdaxilə edərək, zəlzələ, partlayış və digər xarici təsirlərə qarşı binaların təhlükəsizliyini qorumağa imkan verəcək.
Monitorinq Mərkəzi 7/24 rejimində sistem vasitəsilə binanın vəziyyətini izləyəcək, hər hansı bir uyğunsuzluq aşkar edildikdə isə dərhal bina sahibinə xəbərdarlıq ediləcək.
Bu layihə Azərbaycanda elmi-tədqiqat sahəsində yeni imkanlar yaradacaq, təhlükəsiz tikinti infrastrukturunun inkişafına xidmət edəcək".

Xəbəri paylaş