Analitik Ekspertiza Mərkəzi "Laser Beauty Estetik Klinikası"nın iddialarına cavab verdi
25-01-2025, 00:00 13 dəfə baxılıb
Analitik Ekspertiza Mərkəzi (AEM) "Laser Beauty Estetik Klinikası" MMC-nin aparılan yoxlama ilə bağlı irəli sürdüyü iddialara cavab verib.
Klinika rəhbərliyinin iddialarından biri, soyuducunun temperaturunun qeydə alınmasının səbəbini sual edərək, "Soyuducunun dərəcəsini niyə ölçməliyik, əgər orada buz saxlayıb prosedurdan sonra dodağa qoyuramsa?" deməsi olub. AEM cavabında bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 01 saylı, 11 yanvar 2018-ci il tarixli qərarına əsasən, dərman vasitələrinin saxlandığı sahələrdə temperatur, rütubət və havalandırma göstəriciləri gündə bir dəfə qeydə alınmalıdır. Bu məlumatlar müvafiq qeydiyyat vərəqəsində qeyd edilməlidir və həmin vərəq klinikanın direktoru Yeganə Səlim qızı Cəfərovaya təqdim edilib.
Digər bir iddia isə, stomatoloji otaqda cərrahi prosedurun həyata keçirilməməsi ilə bağlı olub. Klinikada "cərrahi-stomatologiya" və "diş texniki" işləri üçün icazə olmadan bu fəaliyyətin aparıldığı aşkarlanıb. AEM-in cavabına görə, klinikada qanunsuz olaraq cərrahi stomatoloji alətlər və avadanlıqlar tapılıb, həmçinin həkimlər və diş texnikinin sənədləri də uyğun deyildi. AEM bu məsələ ilə bağlı qanunazidd fəaliyyətləri qeyd edib və tibbi qeydiyyat sənədlərinin düzgün aparılmaması ilə əlaqədar klinika rəhbərliyini xəbərdar edib.
Üçüncü iddia, klinikada lazer epilyasiyası və digər SMM işlərini aparan işçilərin tibb bacısı olmamaları ilə bağlı olub. AEM cavabında qeyd edib ki, klinikada qeyri-tibb personalının şəxsi işləri yoxlanılmadığı üçün bu məsələyə aydınlıq gətirilə bilməyib. Eyni zamanda, yoxlama zamanı qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamaların aparılacağı izah edilib.
Klinikanın rəhbərliyi, yoxlama zamanı "absurd" nöqsanlarla bağlı narazılıq bildirərək, emosional reaksiya verdiklərini qeyd edib. AEM isə dövlət qurumunun əməkdaşlarının vəzifə borclarını yerinə yetirərkən baş həkimin etik davranış qaydalarına riayət etməli olduğunu vurğulayıb.
AEM bildirib ki, klinika rəhbərliyi, əgər hər hansı bir qanun pozuntusu aşkarlanarsa, aidiyyəti dövlət qurumlarına müraciət edə bilər.

Xəbəri paylaş