Ölümə səbəb olan əməliyyata görə klinika da məsuliyyət daşıyırmı?

 
25-01-2025, 16:41            17 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, burun çəpərinə görə əməliyyat olunan Nəzrin Mansurova dünyasını dəyişib.
Nəzrin Mansurovanın ölümü ilə bağlı ötən gün saxlanılan cərrah Sənan Mehdiyev məhkəməyə çıxarılıb.
Bu məsələdə klinika da məsuliyyət daşıyırmı?

Tribunainfo.az-ın sorğusunu cavablayan hüquqşünas, vəkil Ruslan Mustafazadə bildirib ki, son günlərdə bu mövzu gündəmdədir. Ümumiyyətlə, həkim səhvləri ilə bağlı vətəndaşların ağır nəticələr keçirməsi, hətta ölümə səbəb olması hadisələri baş verib. Bu tip işlərdə son nəticənin verilməsi üçün vacib olan məsələ keçirilmiş ekspertizanın rəyidir. Yəni, istintaq dövründə ekspertiza keçirilir və rəy verilir. Hadisədə həkimin səhvi, səhlənkarlığı yer alırsa, bu zaman əlbəttə ki, onu cinayət məsuliyyətinə cəlb olunması mümkündür.
Hüquqşünasın sözlərinə görə, klinika bu tip işlərdə yalnız mülki məsuliyyət daşıyır. Yəni, dəymiş maddi-mənəvi ziyanla bağlı klinikaya iddia qaldırılması mümkündür.
“Ölüm hadisəsi baş veribsə, ekspertizanın keçirilməsində məqsəd ölümün nəticəsini, səbəbini müəyyən etmək məqsədilə aparılır. Əgər cinayət işi ilə bağlı hissədə həmin həkim təqsirkar hesab edilərsə, ona cəza verilərsə, belə olan təqdirdə zərərçəkmiş şəxsin hüquqi varisi klinikaya qarşı da maddi və mənəvi ziyanın ödənilməsilə bağlı iddia qaldıra bilər”.



Xəbəri paylaş


 
 


Xəbər lenti