Hacıqabulda kənd təsərrüfatının inkişafına ayrılan pullar necə talan olunur... – FERMER ŞOK FAKTLARI AÇIQLADI

 
23-01-2025, 14:56            78 dəfə baxılıb
Hacıqabul rayonu, Qarasu kənd sakini Şıxaliyev Bəhlul Saleh oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Yazıb bildirmək istəyirəm ki, Hacıqabul rayonunun Qarasu kəndində yaşayıram və fermer təssərüfatı ilə məşğulam. Kənd bələdiyyəsinin balansında olan torpaqlardan istifadə edərək, fəaliyyət göstərirdim. Nazirlər Kabinetinin qərarı ilə torpaqlar örüş təyinatindan əkin təyinatına keçdikdən sonra həmin ərazi Hacıqabul rayon İcra Hakimiyyətində mübahisəyə səbəb oldu. Bundan sonra Hacıqabul rayon İcra Hakimiyyəti başçısının köməkçisi (köhnə DAİM müdiri) Mirzəyev Nurbala torbağın məndə və digər vətəndaşlarda qalması üçün külli miqdarda pul tələb etməyə başladı. Biz, 5 nəfər sahibkar, bununla razılaşmayıb, kollektiv şəkildə şikayətlər etdikdən sonra onlar məcburən bizimlə razılaşmalı oldular.
Lakin qanunsuzluqlarla bağlı şikayət etdiyim üçün Mİrzəyev Nurbala məndən qisas almağa başladı. Belə ki, o və Afiq Kərimov bizimlə birgə şikayətçi olan sahibkar Abdullayev Qabil Adil oğlunu öz tərəfinə çəkdi, A.Qabilin qardaşı oğlu Abdullayev Elşad Habil oğlunu Hacıqabul rayon Qarasu kənd bələdiyyəsinə sədr təyin etdilər və Abdullayev Qabilin bütün torpaqlarını sənədləşdirib, aralarında dostluq yaradandan sonra, məndən qisas almaq üçün A.Qabili mənə qarşı çevirdilər.
Mirzəyev Nurbala vəzifə səlahiyyətlərindən istifadə edərək rayonun bütün rəhbər işçiləri, həmçinin DAİM-in işçilərini mənə qarşı qaldırdı. DAİM-in işçiləri bələdiyyənin balansından müqavilə ilə götürdüyüm torpaqları əlimdən almaq üçün mənə qarşı təxribatlarla əl atdılar.
Cənab Prezident!
Hətta 2020-2021-ci ildə əkinə subsidiya alanda DAİM-in müdiri Ariz Abuzərov məndən rüşvət istədi. Məndə olan məlumata görə, 2020-ci ildə heç bir icarə sənədi olmadan Abdullayev Qabil Mustafayev Nizaməddinə məxsus olan torpağı əkib, 2021-ci ildə şumlayıb və M.Nizaməddin şikayət etdiyi üçün şum halında da qalıb. Belə nəticəyə gəlmək olar ki, Qarasu kənd bələdiyyəsinin sədri Abdullayev Elşad öz vəzifəsindən sui-istifadə edərək, əmisi Abdullayev Qabilin 2020-ci ildə əkdiyi qanunsuz əkinə göz yummuşdur. Əlavə olaraq Bələdiyyənin balansında olan 210 hektar torpağın xəritə çəkməsi, bələdiyyənin öz adına çıxarış alması və başqa sənədləşmələr üçün mən, Şıxaliyev Bəhlul Saleh oğlu, öz şəxsi büdcəmdən Hacıqabul rayon Qarasu kənd bələdiyyəsinin adından Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri PHŞ-nin balansına 10 000 manat (on min manat) məbləğində pulu nəğd şəkildə köçürmüşəm. Sübut olaraq çeklərim, qəbzlərim var və hardan necə köçürdüyümü təsdiq edə bilərəm. Əlavə olaraq bələdiyyə öz hesabından köçürmə etmiş olsaydı, hesabdan hesaba köçürmə edilərdi, nəğd şəkildə ödəniş etməkdə bələdiyyənin marağı nə ola bilər?! Və bu vəsait bələdiyyənin büdcəsində olmadığı halda nəğd olaraq hardan əldə edilib?.
Cənab Prezident!
Bizdə olan məlumata görə, Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin müdiri Abuzərov Ariz Arif oğlunun başçılığı ilə 2022-2023-cü illərdə Hacıqabul rayonu Qarasu kənd bələdiyyəsinin mülkiyyətində olan torpaqların yay əkini zamanı Abdullayev Qabil Adil oğlu, Abdullayev Qadir Qabil oğlu və Abdullayeva Təranə Xanlar qızına məxsus təxminən 300-400 hektar ərazi əkilmədiyi halda, “əkilmiş kimi” bəyan edilmişdir. 2022-ci ildə torpaqlarda şum olmadığı halda, “əkildi” bəyanı verilib və Abdullayevler və onlara kömək eden himayədarları Abuzərov Ariz tərəfindən subsidiya alınaraq, dövlətə ziyan vurmuşlar. 2023-cü ildə isə yalan bəyanları Kənd Təssərrüfatı Nazirliyi tərəfindən aşkara çıxmışdır. Bizdə olan məlumata görə, Abuzərov Arizin aqronumu Axundov Ərəstunun vasitəsi ilə əkilmədiyi halda əkildi bəyani verilir, Axundov Ərəstun baxış keçirib, olmadığı halda “əkin var” deyə imza çəkib, qərəzli vəziyyət yaradır və əkilməmiş yerləri “əkildi” kimi göstərməklə həqiqətən əkilən yerlərə problem yaradır. Bundan başqa, fakt olaraq deyə bilərəm ki, Abdullayev Qabil yanlış bəyan verdiyi üçün 2 illik cərimə olunaraq, dövlət tərəfindən verilən subsidiyadan məhrum olunmuşdur.
Cənab Prezident!
Bundan əlavə, Qabil Abdullayev toxumçuluq fəaliyyəti adı altında da dövlətdən pul mənimsəyir. Qabil Abdullayevin digər qardaşının oğlu Abdullayev Akif Murad oğlu zootexnikdir və DAİM-in müdiri Ariz Abuzərovun əli ilə süni mayalanma adı ilə dövlətdən mayanı alıb, heç bir mayalanma olmadığı halda dövlətin pulunu mənimsədikləri haqda şübhələr var. Eyni zamanda, Suvarma Sistemləri İdarəsinin müdiri də Abdullayevlərdəndir, işçiləri də Abdullayevlərdir və heç işə çıxmadan dövlətdən pul mənimsəyirlər. Abdullayev Qabil toxumçuluq fəaliyyəti adı altında vətəndaşlardan subsidiyanı aşağı məbləğə nağdlaşdırır. Hətta, deyilənlərə görə, dövlətin əkinçilərə təyin etdiyi traktoru, yanacağı yalnız öz mənafeyləri üçün istifadə edirlər. Araşdırıldığı zaman Abdullayevlərin DAİM-in müdiri Abuzərov Arizin köməyi ilə hər tərəfli dövlətə ziyan vurduğu həqiqəti üzə çixacaqdır.
Cənab Prezident!
Yuxarıda göstərilənləri əsas tutaraq Sizdən xahiş edirəm ki, Kənd Təsərüffatı Nazirliyinin Hacıqabul rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abuzərov Ariz Arif oğlunun, Hacıqabul rayon Qarasu kənd bələdiyyəsinin sədri Elşad Abdullayevin, toxumçuluqla dövlətdən saxta yollarla vəsait mənimsəyən Qabil Abdullayev barəsində, DAİM-in sədri Ariz Abuzərovun əməllərinə şərik olmuş aqronom Ərəstun Axundovun qanunsuz əməlləri nəzarətə götürülsün və bu vəzifəli şəxslərin fəaliyyətləri araşdırılsın”.

Redaksiyadan: Şikayətçinin göndərdiyi məktubu olduğu kimi dərc etdik. Əlbəttə, biz redaksiya olaraq, burada yazılanlara şərik deyilik. Sadəcə, mətbuat haqqında qanuna istinad edərək, redaksiyamıza daxil olan şikayəti olduğu kimi işıqlandırdıq. Qarşı tərəflərə əlaqə saxlaya bilmədiyimiz üçün yazını mövqesiz dərc etməyə məcbur olduq.
Adları çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Xəbəri paylaş


 
 


Xəbər lenti