“Göbək rəqsi oynayan rəqqasə Xoreqorafiya Akademiyasına necə rəhbərlik edə bilər?” – QALMAQAL
26-04-2023, 14:48 253 dəfə baxılıb
“Mahnı və Rəqs” ansamblının fəaliyyətindən gileyliyəm. Yubileyimi qeyd edəndə “Buleyli” rəqsinin canlı, xor orkestri ilə deyil, fonoqramla ifası mənə çox pis təsir edib. Yubileydən əvvəl oturmuşam foyedə, məni sorğu-sual edirlər. Bir də gördüm bir nəfər yaxınlaşıb deyir ki, “Ağaverdi Paşayev zəng edib ki, qoy rəqs fonoqramla getsin”. O dəqiqə dedim ki, “bura bax, get ona de ki, Niyazinin xahişi ilə rəqs qurmuşam, bütün hərəkətlər rəqslə bağlıdır, o necə fonoqram gedə bilər?” Gördüm gəlir, “hə Roza xanım, qoy canlı mahnı ilə getsin”. Bir neçə gün keçdi, sən demə “Buleyli” canlı oxunmayıb, fonoqrama qoyulub. Məni Ağaverdi Paşayev aldatdı. Desəydilər ki, fonoqram olacaq, mən o rəqsi tamam repertuardan çıxarardım. “Mahnı və Rəqs” ansamblının rəhbərini bəyənmirəm. Bunu sizə açıq deyirəm, onun rəhbəri yerində deyil. Ağaverdi Paşayev özü üçün işləyir, sənət üçün, ansambl üçün yox. Sənətə, sənətkara bu qədər kobud münasibət bəsləmək olmaz. Bizim vaxtımızda xor oxuyurdu, rəqs gedirdi. 40-50 nəfər xordan, cəmi 12 nəfər qalıb. Bu ansamblın adı “Mahnı və Rəqsdir”. Birinci mahnı getməlidir, sonra da rəqs”.
Bunu açıqlamasında xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli ustad rəqqasə Roza Cəlilova deyib.
Sənətkar Xoreoqrafiya Akademiyasının bu günki fəaliyyətindən də danışıb. Akademiyanın rektorunun olmamasından narahatlığını bildirib.
“Bizim vaxtımızda xoreoqrafiya məktəbi deyilirdi. O məktəbdə çox böyük nizam-intizam var idi. O vaxt 2 xanım dayanırdı qapıda, bizim balet, rəqs geyimlərimizi geyindiriridilər. Kaş elə məktəb qalardı, Akademiya yox! Nailə Məmmədzadə ora gələndən akademiyada təhsil sıfıra endirilib. Bir çox tələbə dərsə gəlmir. Orada tədris edən müəllimlər fənni apara bilmirlər. Çünki başqa ixtisasın müəllimləri onlara aid olmayan fənlərdən dərs deyir. Ən yaxşı müəllimləri, savadsız kadrlarla əvəzləyir. Təsəvvür edirsiniz, bu nə deməkdir?! 76 ildir incəsənətdəyəm, bir də eşidirəm ki, ora rəqs quruluşuna kimisə göndəriblər. Soruşuram ki, bu kimdir? Dedilər ki, bədii rəhbərdir. Bu gülüncdür. Bədii rəhbər kollektivlərdən yetişir, püxtələşir. Mən hələ onu bir rəqsdə, məktəbdə, kollektivdə görməmişəm. 1-2 il keçdi, onun vəzifəsini dəyişdilər. Prorektor qoydular. Bu adam kimlərinsə hesabına prorektor oldu. 3 ildir bu Akademiyada rəhbər yoxdur. Bir adamın ki, ali təhsil diplomu yoxdur, amma orada 3 vəzifəni icra edir. Həm bədii rəhbər, həm tədris üzrə prorektor, həm də rektor vəzifəsini müvəqqəti icra edir. Bu çox gülünc və qanuna ziddir. Təhsili, elmi dərəcəsi, rəqs sənətində uğurları olan insanlar rəhbər vəzifəsinə təyin olunmalıdır. 16 respublikanın içində ad çıxarmışdı bizim məktəb, hamı başına and içirdi. Bədii rəhbər də bilirsiniz kim olub?
O vaxt Muğam teatrı var idi, Arif Qazıyev rəhbərlik edirdi. Mən də orada olurdum, digər sənətkarlar da. Dedilər ki, bu Nailə də orada çalışıb. Dedim axı mən də orada olmuşam, heç onu görməmişəm?! Sən demə o gecələr, orada göbək rəqsi oynayan olub. Özü də ayaqyalın, 30 manata. İndi siz deyin, özfəaliyyətdən çıxmış bu qadın, göbək rəqsi oynayan oriental rəqqasə bu akademiyaya necə rəhbərlik edə bilər? Nailə Məmmədzadə bütün tələbələri korporativ tədbirlərə cəlb edir. Bu gün tələbələr düşünür ki, təhsil nəyə lazımdır ki?! Toylara gedirəm, pulumu qazanıram da. O tələbələrin psixologiyasını da, düşüncələrini də korlayıb. Bakı Xoreoqrafiya Akademiyasındakı klassik şöbənin tələbələri də toylara aş gətirməyə cəlb olunurlar. Akademiyada yüksək miqdarda yeyintilər aşkar olunub. Kostyumlar və s. əşyalarla bağlı iş hüquq-mühafizə orqanlarında araşdırılır” deyə sənətkar bildirib./ moderator.az

Xəbəri paylaş