“İKİNCİ MARQARET TETÇER” – Ukraynanın yeni Baş nazirdən gözləntiləri gerçəkləşir
7-09-2022, 14:27 59 dəfə baxılıb
Böyük Britaniyanın yeni Baş naziri Liz Trassa göstərilən böyük diqqət əsasən Ukrayna müharibəsi ilə əlaqədardır. Onun bu məsələdə Rusiyaya qarşı öz sələfi kimi sərt mövqe nümayiş etdirəcəyi gözlənilir. Liz Trassın Baş nazir seçildikdən sonrakı çıxışları həmin gözləntiləri bir daha təsdiqləyir.
Amma mütəxəssislər bildirirlər ki, Liz Trassın qarşısında Ukraynadakı müharibə ilə yanaşı ölkədaxili bir çox mürəkkəb problemlərin həll edilməsi vəzifəsi də dayanır. İndiki Baş naziri Böyük Britaniyanın çətin və ağır dönəmlərində düzgün və həlledici qərarlar vermək bacarığı nümayiş etdirmiş Uinston Çörçill və Marqaret Tetçerə bənzədənlər də var...
“Əyalətmedia.az” xəbər verir ki, Ukraynanın “Apostrof.ua” portalı ”İknci Marqaret Tetçer - Ukrayna yeni baş nazirdən nə gözləyə bilər” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub. Həmin məqaləni təqdim edirik:
”Böyük Britaniyanın yeni Baş naziri Liz Trass Boris Conson kabinetində Xarici İşlər naziri işləyib. Mühafizəkarlar Partiyasından olan Liz Trass partiyadaşlarının 80 min səsini qazanmaqla öz rəqibi Rişi Sunakı 20 min səs qabaqlayaraq Baş nazir vəzifəsinə seçilib. Liz Trass öncəki Baş nazir Boris Consonun siyasətinin davamçısı hesab edilir.
O, öz çıxışında əsasən ölkədəki iqtisadi vəziyyət və vergilər üzündən aktivliyi azalan biznesin stimullaşdırılmasının vacibliyinə toxunub. Xəzinə ilə bağlı məsələyə yönəlmiş bu cür diqqət hazırda Britaniyanın həyat şəriati ilə əlaqədar dərin böhran keçirməsindən qaynaqlanır.
Consonun fəal tərəfdaşı
Liz Trass kabinetinin xarici siyasəti Boris Consonun apardığı siyasətdən az fərqlənəcək. Boris Conson Ukraynanı yorlumadan dəstəkləyən sivil dünya liderlərindən biri olub. Conson Ukraynanın müqavimət qabiliyyətinə inanan lider kimi davranıb, amma onun əksinə olaraq bəzi Avropa paytaxtlarında düşünürdülər ki, Kreml qısa müddət ərzində Ukraynanın böyük hissəsini işğal edə biləcək.
Conson istefa verdiyini deyəndə əmin etmişdi ki, Britaniya bundan sonra da Ukraynaya lazım olan köməyi davam etdirəcək. Liz Trass o zaman Baş nazir Consonla tamamilə həmrəy olduğunu bildirmişdi. Aprel ayında Trass demişdi: ”Ukraynadakı müharibə bizim müharibəmizdir. Bu müharibə hər birimizindir, çünki Ukraynanın qələbəsi bizim üçün strateji məqsəddir”.
Liz Trassın Britaniya Baş naziri seçilməsi Ukrayna üçün müsbət xəbərdir. Deməli, Kremlə qarşı sərt mövqeli xətt davam edəcək. Hətta əgər Moskva yenidən nüvə dəyənəyini yelləməyə başlasa, bunun Liz Trassa təsir göstərcəyi inandırıcı görünmür. Seçki kampaniyası zamanı Trass bildirib ki, Baş nazir olacağı təqdirdə lazım gələrsə nüvə silahından istifadəyə göstəriş verməyə hazırdır.
“Putinin səsinin boğulması”uğrunda mübarizə
Liz Trass Baş nazir seçilməmişdən öncə Prezident Volodimir Zelenski “Daily Mail” qəzetinə məqalə yazmışdı. Həmin məqalədə o, ümid etdiyini bildirmişdi ki, Britaniyanın yeni Baş naziri Boris Consunun getdiyi yolu davam etdirəcək.
Volodimir Zelenski keçmiş Baş nazır Consonu Ukraynanın əsas dostlarından biri adlndırıb. O, sözügedən məqaləsində yazıb: ”Bir neçə gündən sonra Böyük Britaniyanın yeni Baş naziri seçiləcək. Ukrayna Prezidenti kimi mən səmimi qəlbdən əminəm ki, Boris Consonun Rusiya barbarlığına qarşı mübarizə irsi saxlanılacaq”.
Zelenskinin istəkləri gerçəkləşdi. Baş nazir seçilən Liz Trass nəinki Kreml işğalçılarına qarşı daha sərt fəaliyyət göstərməyə çağırıb, həm də deyib ki, Krımın yenidən Ukraynanın nəzarətinə keçməsi tamamilə realdır.
Onu da demək lazımdır ki, Kiyev və Londonun həmrəyliyi Avropanın ümumi geosiyasi mənzərəsinin yalnız bir hissəsidir. Siyasi analitik Aleksandr Koçetkov “Apastrof.ua”-ya bildirib: ”Liz Trass gərgin və uzun oyun oynamaq məcburiyyətindədir. Britaniyanın daxili problemlərini bir şərtlə həll etmək olar. Liz Trass avropalıları inandırmalıdır ki, Avropadakı siyası və iqtisadi burulğanın öhdəsindən Moskvaya güzəştə getməklə yox, ona qarşı sərt mövqe nümayiş etdirilməklə gəlmək mümkündür. Hazırda Trassın qarşısında keçən əsrin 1940-cı illərində təxminən Uinston Çerçillin qarşısında duran tapşırıqlar dayanır.”
Trassın qarşısında dayanan çətinliklər
Liz Trass Baş nazir seçilməsi ilə bağlı söylədiyi nitqində vergilər mövzusuna və Mühafizəkarlar Partiyasının 2025-ci ildə keçiriləcək seçkilər öncəsi yekdillik göstərməsi məsələsinə heç də təsadüfən toxunmayıb. Mühafizəkarlar Partiyası ölkədə dərinləşən iqtisadi problemlər fonunda populyarlığını itririr və ictimai rəy sorğusunda Leyboristlərə uduzur, partiyanın özü isə daxili qalmaqallarla çalxalanır.
Böyük Britaniyanın tərkibindən çıxmağın ilk referendumunu uduzan Şotlandiyanın müstəqilliyinin tərəfdarları artıq 2023-cü ildə ikinci cəhdi planlayırlar. Britaniyanın son üç Baş naziri “şotland amilini” nəzərə almağa məcbur olub. Əgər bu dəfə referendumun keçirilməsini əngəlləmək mümükün olmasa, Liz Trass dilemma qarşısında qalacaq. O, Britaniyanın daxilində dəstəyi itirmədən və şotland elitasının London əleyhinə çıxmamasına nail olmaqla, bunun önünü necə ala bilər?
Böyük Britaniyada baş verən siyasi və iqtisad proseslərin Trass hökumətinin diqqətlərini dağıda biləcəyi riski də var. ”Vətəndaş cəmiyyəti proeblemlərinin araşdırılması mərkəzi”nin rəhbəri Vitali Kulik deyib: “Britaniya hökuməti öz ölkəsinin problemləri ilə məşğul olacaq. Şərti olaraq söyləsək, Ukrayna Trass kabinetinin on prioritetindən biridir. Amma mühüm bir məsələni yadda saxlamalıyıq ki, Britaniyada Rusiya təcavüzünə qarşı partiyalararası konsensus formalaşıb. Yanaşmalar fərqli olsa da, mahiyyət dəyişməyəcək. Liz Trassın Kremlin çılğın hərəkətlərinə qarşı göstərəcəyi reaksiya Boris Consonun tutduğu mövqedən də sərt ola bilər”.

Xəbəri paylaş