İşğalda olan 4 kəndin qaytarılması buna görə yubanır
4-07-2024, 11:53 89 dəfə baxılıb
Anklav kəndlərin qaytarılması Azərbaycanın əsas şərtlərindəndir. Bu kəndlərin qaytarılması məsələsi də danışıqların predmetidir. Kəndlər sülh danışıqları ilə paralel olaraq demarkasiya və delimitasiya prosesinin tərkib hissəsi olaraq, yaxud Qazaxın kəndləri kimi ayrıca tənzimləmə şəklində qaytarıla bilər.
Bu sözləri politoloq Turab Rzayev erməni ekspertlərin Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərkinin qaytarılması məsələsinin gündəmdə olduğu ilə bağlı iddialarına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Ermənistanda bu iddiaların fərqli ekspertlərin dilindən, yaxud mətbuat vasitəsilə ictimaiyyətə yayılması 3 versiya ilə əlaqədar ola bilər:
“Birincisi, hökumət özü bununla bağlı informasiya yayaraq, ictimaiyyəti siyasi gedişlərə hazırlayır, onların reaksiyasını yoxlayır – necə ki, 4 kəndin qaytarılmasından əvvəl də bu cür informasiyalar yayılırdı. İkincisi, ekspert və ya mətbuat orqanlarının hansısa hakimiyyətdaxili müəyyən şəxslərə, qurumlara çıxışı var, oradan da bu informasiyanı əldə edirlər. Üçüncü məqam isə bu iddia ilə çıxış edən ekspert və ya nəşrlərin Ermənistan hakimiyyətinə müxalif, keçmiş Qarabağ klanına, Sərkisyan-Köçəryan blokuna yaxın olması məsələsidir. Onların verdiyi informasiya bir çox hallarda ola bilər ki, məhz Paşinyan hakimiyyəti əleyhinə, ölkədə siyasi çaxnaşma yaratmaq, mövcud rejimi daha çətin vəziyyətdə qoymağa hesablanıb. Bu kəslər həm dəhliz, həm də anklav məsələsini vaxtaşırı olaraq gündəmə gətirir, Ermənistanın bu məsələdə Azərbaycanla razılaşdığını ortaya ataraq hakimiyyəti xəyanətdə günahlandırırmağa çalışır, siyasi mübarizələrinin bunun üzərində aparırlar.

Xəbəri paylaş