"Bakı və İrəvan Rusiyanı Zəngəzurla bağlı müzakirədən kənarlaşdırdı" - ŞƏRH
15-08-2024, 11:58 121 dəfə baxılıb
“Zəngəzur dəhlizi məsələsinin sülh sazişi layihəsindən çıxarılması həm də İkinci Qarabağ müharibəsini bitirən 10 noyabr tarixli Üçtərəfli Birgə Bəyanatın tamamilə ləğvi deməkdir. 10 noyabrdakı Bəyanatdan sonra daha iki Üçtərəfli Birgə Bəyanat qəbul olunmuşdu ki, onlardan biri sırf nəqliyyat-kommunikasiyaların açılmasını nəzərdə tuturdu. Söhbət 2021-ci ilin yanvarında qəbul olunan sənəddən gedir. Bu sənədin əsasında hökumətlərarası komissiya formalaşdı və Rusiya burada tərəf oldu. 2021-ci ilin noyabrında daha bir Bəyanat – üçüncü sənəd qəbul olundu, hansı ki, bu, dişsiz Bəyanat idi, konkretlik yox idi. Növbəti mərhələdə sərhədlərlə bağlı həmin üçtərəfli format qəbul olunmalı, Rusiya burada tərəf olmalı idi. Lakin bu, baş vermədi”.
Bu fikirləri Bakupost.az -a politoloq Fərhad Məmmədov söyləyib.
O bildirib ki, Rusiya nə qədər çalışsa da, sərhəd məsələsində tərəfə çevrilə bilmədi:
"Moskva hətta Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində də tərəf olmağa çalışdı. Ermənistan buna razılıq vermişdi, İrəvan-Ankara arasındakı ilk görüş də Moskvada baş tutmuşdu. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı da vardı ki, İrəvan Moskva olmadan Ankara ilə danışıqlarda maraqlı deyil. Həmin vaxt Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın bütün təkliflərini dəstəkləyirdi. Çünki Rusiya Qarabağda mövcud idi və bu mövcudluğu davam etdirmək üçün Paşinyan Moskvaya dəstək verirdi".
F.Məmmədovun sözlərinə görə, sonradan proseslər başqa cür cərəyan etdi:
"Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirdi, suverenliyini bütün ərazilərində bərpa etdi. Bundan sonra isə Rusiya sülhməramlıları bölgədən çıxdı. Daha sonra Rusiyanın tərəf kimi qaldığı yeganə məsələ Zəngəzur dəhlizi idi. Bakı və İrəvan Zəngəzur dəhlizi məsələsini müzakirədən çıxarmaqla həm də Rusiyanın tərəf olmasını əngəllədi

Xəbəri paylaş