"Cihaz xarabdır, yenisini gözləyirik"... - Qəbz verməmək üçün bəhanə istehsal olunur, istehlakçı aldadılır

 
3-09-2024, 10:55            98 dəfə baxılıb
Son zamanlar bəzi mağazalar ƏDV verməmək üçün öz üsulları ilə çeklərlə oynayırlar. Bununla da aldığın məhsulların ƏDV-ni geri ala bilmirlər. Qısası, mağazalar istehlakçıların hüquqlarını göz görə-görə tapdalayır.
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, istehlakçılar aldanmamaq üçün ilk növbədə dövlət orqanları ilə əlaqə saxlamalıdırlar. Ekspert deyir ki, istehlakçıların aldadılması məsələsinə 2009-cu ildən fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və oradakı insanlar baxırdı.

“İstehlakçıların başına gətirilən bu oyunlara məsul olan bu qurum keçən həftə ölkə prezidentinin sərəncamı ilə iqtisadiyyat nazirliyindən ayrılaraq, prezidentə tabe olan bir qrupa çevrildi. Əgər o qurum və orada çalışanlar yenə də köhnə qaydada işləyərsə, nəticə yenə eyni olacaq. O qurumda çalışan bütün insanlar istefaya getməli, yeni işçilər gətirilməlidir. Bütün hallarda 195 qaynar telefon xətti ilə dövlət orqanlarına məlumat vermələrini tövsiyə edirəm.

Mağazalarda monitorinqlər aparılmır. Vitrinlərdə qiymətlər fərqli, çıxışda fərqli. Badımcan alırsan, bahalı ekzotik meyvə adı ilə vurulur. Qabıqlı qoz alırsan, qoz ləpəsi qiyməti ilə hesablanır. Bu da özünü xüsusən bank kartı ilə ödəmələrdə özünü göstərir”-deyən ekspert vurğulayıb ki, ölkədə istehlakçı hüquqlarının pozulması çox yuxarı bir vəziyyətdədir.

Ekspertin sözlərinə görə, bir il ərzində Azərbaycan istehlakçıları almadıqları mal üçün 500 yüz milyon manat pul ödəyirlər.

“Bütün bunlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini qayğılandırmalıdır. Təəssüf olsun ki, heç bir qayğılanma müşahidə edilmir”-deyə ekspert bildirib.





Xəbəri paylaş


 
 


Xəbər lenti