Hikmət Hacıyev: Azərbaycanın iqlim gündəmindəki rolu regional sülh təşəbbüsünün bir hissəsidir

 
23-10-2024, 12:26            112 dəfə baxılıb
Neft dövlətini COP29 üçün uyğun olmayan ev sahibi adlandırmaq ikiüzlülərin oyunudur. Azərbaycan BMT-nin iqlim konfransına ev sahibliyi edəcək sayca 28-ci neft və qaz istehsal edən dövlət olacaq.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məktubunda deyilir.
Onun sözlərinə görə, bu siyahıdan çıxan yeganə ölkə İsveçrə olub. Üstəlik, dünyada hər bir dövlət istisnasız olaraq qalıq yanacaq istehlakçısıdır.
“Buna görə də Azərbaycanın qarşısına hansı məqsədlər qoyduğunu və nəyə nail olmağı planlaşdırdığını soruşmaq daha məqsədəuyğun olardı” deyən H.Hacıyev əlavə edib ki, ölkə müraciətinin qəbul olunacağını gözləmirdi – Ermənistanın buna mane olacağına əmin idi.
“Təxminən 30 il ərazimizin beşdə bir hissəsini işğal altında saxlamış qonşu Ermənistan ötən ilin dekabrında iki ölkə arasında davam edən sülh danışıqları çərçivəsində Azərbaycanı COP29-a ev sahibliyi edəcək tərəf kimi dəstəkləməyə razılıq verib”, – prezidentin köməkçisi qeyd edib.
Onun sözlərinə görə, danışıqlar davam edir və mühüm irəliləyiş əldə olunub. Ölkələr arasında sərhədin delimitasiyası üzrə komissiyalar fəal şəkildə işləyir.
“Bir çoxları COP29-dan əvvəl rəsmi sülh sazişinin imzalanmasını istəyir. Lakin Ermənistan Konstitusiyasında hələ də Azərbaycan ərazisinə dair iddialar yer alır. Sülh sazişini hansı sürətlə tamamlaya biləcəyimiz, əsasən Ermənistanın bu məsələdə nə qədər sürətlə irəliləyəcəyindən asılıdır. Bunu ləngimə adlandıran tənqidçilər sual verməlidirlər ki, əgər keçmiş düşmən hələ də onların ərazisinə iddia edirsə, onlar sülh müqaviləsi imzalayarlarmı” deyən H.Hacıyev əlavə edib ki, COP29-dan əvvəl sülh sazişinin imzalanıb-izmzalanmayacağından asılı olmayaraq, bu, sülh COP-u olacaq.




Xəbəri paylaş


 
 


Xəbər lenti