KOBİA-nın saytına 704 min manatlıq texniki dəstək göstərəcək şirkətin özünün saytı yoxdur
23-10-2024, 12:44 115 dəfə baxılıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi "UNITECH DEVELOPMENT" MMC (VÖEN – 1604659591) olub.
Müsabiqənin şərtlərinə görə, "UNITECH DEVELOPMENT" MMC KOBİA-nın sifarişi ilə “e-KOB evi” portalına texniki dəstək və alt sistemlərinin yaradılması xidmətlərini göstərəcək və qarşılığında 704 min 460 manat alacaq.
Məlumat üçün bildirək ki, "UNITECH DEVELOPMENT" MMC 26 yanvar 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Yasamal rayonu, Zahid Xəlilov ev 101, məhəllə 574, m. 35”də yerləşir. MMC-nin qanuni təmsilçisi Putayev Abdulla Məmmədəli oğludur.
Qeyd edək ki, KOBİA-nın 704 min manatlıq tender müsabiqəsində qalib olan "UNITECH DEVELOPMENT" MMC barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Dövlət qurumunun portalına 704 min manatlıq texniki dəstək göstərəcək şirkətin özünün saytı yoxdur. Şirkətin sosial şəbəkə hesabları da mövcud deyil. "UNITECH DEVELOPMENT" MMC ilə bağlı diqqət çəkən məqam odur ki, şirkət dövlət qeydiyyatına alındıqdan cəmi 3 ay sonra Texnologiya Universitetinin keçirdiyi 49 min manatlıq tenderin qalibi olub. Sonrakı illərdə isə yalnız KOBİA-nın fəaliyyət sahəsilə bağlı tenderlərdə qalib olub.

Xəbəri paylaş