“Universitetlər daxili qaydalara istinad edib tələbələrin hüquqlarını pozurlar” – İLGİNC AÇIQLAMA

 
8-06-2022, 15:49            78 dəfə baxılıb
Tibb Universitetinde tələbələrə əsaslı kitabxanaya şortik və maykada gəlmək qadağan edilib. Bu haqda məlumatlar sosial şəbəkələrdə paylaşılıb və böyük səs-küyə səbəb olub. Bir çoxları Universitetin bele bir addım atmasını kəskin qınasa da, ali təhsil müəssisəsinin daxili qaydalarına haqq qazandıranlar da olub. Bəs görəsən 21-ci əsrdə təhsilin prioritetə çevrilməli olduğu bir vaxtda, bu cür mövzuların müzakirəsi nə dərəcədə doğrudur?. Ümumiyyətlə belə qaydaların tətbiqi nə dərəcədə vacibdir?  
Mövzunu KONKRET.az-a şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, Təhsil haqqında qanuna görə orta məktəblərdə ümumi şagird geyimi var: “Ancaq bundan əlavə də qız uşaqları saçlarına ağ bant vurmalı, oğlanlar isə saçlarını tez-tez qırxdırmalıdır. Ali məktəblərdə isə geyim normaları və konkret standartları yoxdur. Orta məktəblərdə olduğu kimi, ali məktəblərdə ümumi geyim tələb edilməsi mümkün deyil. Bu, yalnız xüsusi təyinatlı hərbi təhsildə ola bilər. Buna baxmayaraq tələbələr də çalışmalıdır ki, ətrafdakı insanlara, mühitə, pis təsir edən formada universitetə gəlməsinlər. Məsələn, çox çılpaq formada geyinib dərsdə oturmasınlar. Əks halda tələbənin uzun və ya qısa ətəkdə, şortikdə, saqqallı və ya uzun saçlı formada universitetə gəlməsi hər kəsin şəxsi işidir. Əks halda dərsə normadan kənar geyinib gələn tələbənin fikri yayındığı üçün digərlərinin də düşüncəsinin dərsdən yayınmasına səbəb olur. Belə halda universitet artıq elm ocağından daha çox bayağı bir yerə çevrilir. Əlbəttə bu məsələdə ciddi olmaq lazımdır. Universitet tələbələri səliqəli geyinməli, normal geyim mədəniyyətini qorumalıdırlar”.
Kamran Əsədov sayt açdı:
Kamran Əsədov əlavə edib ki, tələbə təhsil aldığı üçün universitetə təhsil haqqı ödəyir: “Onunla imzalanmış müqavilədə tələbənin hansısa formada universitetə qəbul olunduğu göstərilməyib. Dikdaban ayaqqabı ilə təhsil prosesində iştirak etməmək absurd məsələdir. Bu təhsil alanların təhsil hüququnun tapdalanması kimi qiymətləndirilə bilər. Amma Hər bir şəxs, xüsusən tələbə və müəllim geyimində məsuliyyət hiss etməlidir. Əks halda müəyyən problemlər yarana bilər. Bu baxımdan birdən-birə qadağalar qoymaq  düzgün deyil. Əvvəla tələbələrin bir çoxu evdən aldığı pulu toplayıb bir paltar alır. Və bu adam dərsə gəldiyi zaman qadağalarla qarşılaşanda başqa paltar almağa pulu çatmır.  Əgər geyimlərlə bağlı tələblər olacaqsa, ən azından yarım il öncədən universitetdə işlər aparılmalıdır. İnsanlar həm mənəvi-psixoloji, həm də maddi cəhətdən hazır olmalıdırlar. Yəni kəskin olaraq qərar qəbul etməyi doğru saymıram. Lakin  tədris müəssisəsi üçün bir mühit vacibdir. Çünki hər bir insanın davranışını formalaşdıran üç əsas amil var: mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər. Əgər gənclər tələbədirsə, onların  həyatında  təhsil aparıcı rol oynamalıdır. Qalan məsələlər tədris prosesindən kənardır. Ona görə də insanları tədrisə, təhsilə yönləndirə bilən mühit önəmlidir. Bir-biriləri ilə geyimlər üzərindən yarışmaq, dəblə ayaqlaşmaq və.sair  kimi amillər tələbələrin psixologiyasında mənfi rol oynayır və təhsil prosesinə birbaşa neqativ təsir edir.  Bu baxımdan prinsip etibarilə, ali məktəblərdə təhsil mühitinin yaranmasını vacib hesab edirəm. Amma kəskin şəkildə  qərarların qəbul edilməsinin əleyhinəyəm”.
Ekspert vurğulayıb ki, “Müəllim və tələbələrin etik davranış”qaydaları hazırlanmalıdır: “Orada müəllimlərin, tələbələrin geyimi, saqqal saxlanması, telefonla bağlı məsələlər əks olunmalıdır. Müəllim və tələbələr üçün xüsusi geyim olmasa da, bəzi tənzimləmələr mütləqdir. Universitetlər özlərinin daxili qaydalarına istinad edərək tələbələrin hüquqlarını pozurlar. Onların bu cür hərəkətləri təhsil haqqında qanuna ziddir. Ali təhsil müəssisələrinin daxili qaydalarına əsaslanaraq tələbələrin saç-saqqal saxlamasına müdaxiləsi mümkün deyil. Hər bir tələbənin geyimi və saç-saqqalı onun özünün seçimidir. Universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir. Düzdür, hər bir universitetin nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən edilməsi hüququ vardır. Amma bu o demək deyil ki, geyim forması müəyyən olunarkən təhsil alanların hüquqları tapdanmamalıdır. Universitetlər daxili işlərində müstəqildirlər, amma bu zaman qanunvericilik aktlarına əmək etməyə borcludurlar. Yəni qadağalar təhsilin inkişafı, keyfiyyətinin yüksəldilməsi üçün olmalıdır. Tələbələrin saqqal saxlaması, geyimi, davranışı kimi məsələlərdə optimal variantı tapmaq üçün sosioloji tədqiqat aparmaq vacibdir. Tək tələbələrin deyil, əhalinin də fikrini öyrənmək lazımdır”.



Xəbəri paylaş


 
 


Xəbər lenti