“Putin Suriyada “Vaqner”-ə görə uduzdu” – “Bu, bütün hökumətlərə dərs olmalıdır”
13-12-2024, 12:08 114 dəfə baxılıb
Suriyada noyabrın 27-də Bəşər Əsəd rejiminə qarşı başlanan hərbi üsyan dekabrın 8-də Dəməşqin alınması və rejimin devrilməsi ilə başa çatdı. Bu hadisə Suriya ordusunun zəifliyini ortaya qoydu, rejimin aviasiyası məğlub oldu və quru qoşunları faktiki olaraq dağıldı.
“The Telegraph”-n Suriya mövzusu ilə bağlı məqaləsində belə deyilir.
Nəşr yazır ki, Vladimir Putin və Bəşər Əsəd Suriyada “Vaqner” muzdlu hərbi qruplaşmasına arxalanırdı: “Müxalifətin sürətlə irəliləməsi Rusiyanın lazımınca qiymətləndirilməyən problemlərini də ortaya qoydu. Rusiya qoşunları Əsəd rejiminə dəstək versə də, müxalifət şəhərləri bir-bir ələ keçirdi və Rusiya fəal müdaxilə etmədi. Rusiya hökmdarı Vladimir Putinin başqa variantı yox idi. O, Moskvanın Suriyadakı əsas qüvvələrinə çevrilmiş özəl hərbi şirkət olan “Vaqner” qrupuna arxalanırdı. Lakin muzdlulardan asılılıq həm sözügedən qruplaşmanı, həm də Suriya rejimini məhv etdi. Bu, bütün hökumətlər üçün bir dərsdir: Muzdlular dövlət siyasətinin etibarlı aləti deyil”.
Nəşr xatırladır ki, 2014-cü ildə Yevgeni Priqojin tərəfindən yaradılmış “Vaqner” Krımın ilhaqından və Suriyaya müdaxilədən sonra məşhurlaşıb: “Onun nizamsız qüvvələri Moskvaya öz hərəkətlərinə görə birbaşa məsuliyyətdən yayınmağa imkan verirdi. Lakin maddi maraqları olan “vaqnerçilər” Əsəd rejimini xilas etmək üçün Suriyanın neft gəlirlərindən pay tələb etdilər. Bu, qruplaşmanın sahibi Yevgeni Prigojini gücləndirdi, lakin eyni zamanda da daxili qarşıdurmalara səbəb oldu. 2023-cü ildə Rusiyanın Ukraynada müharibəsi şiddətləndiyi üçün “Vaqner” döyüşlərdə iştirak etdi. Muzdlular Baxmutda ”pir qələbəsi” qazandılar, lakin bu, böyük itkilərə və narazılığa səbəb oldu. 2023-cü ilin iyununda muzdlular üsyan qaldırdılar, Rostovu işğal etdilər və Moskvaya doğru hərəkət etdilər. Sonradan Putin onlara amnistiya verdi, lakin Priqojin tezliklə təyyarə qəzasında öldü və qrup faktiki olaraq məhv edildi.
Əsəd rejiminin yenidən təhdid altında olması və Rusiya ordusunun Ukraynada bataqlığa batması ilə Moskvanın kommersiya hərbi qüvvələri dağınıq vəziyyətdə yaxalandılar. Odur ki, Rusiyanın 2014-2023-cü illərdə olduğu kimi, muzdlulara arxalanan istənilən dövləti fiasko gözləyir”.

Xəbəri paylaş