Qusar Rayon Mərkəzi Xəstəxanası bu nöqsana görə cərimələnir

 
20-12-2024, 12:24            61 dəfə baxılıb
Qusar Rayon Mərkəzi Xəstəxanasında aparılan yoxlama zamanı müəyyən nöqsanlar aşkarlanıb.
Tribunainfo.az xəbər verir ki, sözügedən xəstəxananın İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozduğu məlum olub. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Qusar Rayon Mərkəzi Xəstəxanası ilə bağlı iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. 27 dekabr tarixində hakim Rəşadət Ağayevin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən Qusar Rayon Mərkəzi Xəstəxanasının Baş direktoru Pərviz Məhsimovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.




Xəbəri paylaş


 
 


Xəbər lenti