Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 11:15
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “DİLER İNŞAAT” QSC (VÖEN – 1403566801) olub.Yeniavaz.com xəbər verir ki, Qoruq İdarəsi Şuşa şəhərində D-3 massivində yerləşən 2-ci mərhələ üzrə tikintisi nəzərdə tutulan yeni 7 (yeddi) yaşayış binasının tikintisi və ərazinin abadlaşdırlması işlərinin satın alınmasına görə “DİLER İNŞAAT” QSC-yə 29 milyon 373 min 906 manat 67 qəpik ödəyəcək.
Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan “DİLER İNŞAAT” QSC 28 oktyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşən QSC-nin nizamnamə kapitalı 2010 manat təşkil edir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.
Onu da bildirək ki, “DİLER İNŞAAT” QSC-nin hazırda dövlət büdcəsinə 25 min 861 manat 24 qəpik vergi borcu var.
Xəbəri paylaş



























