Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı
Bu gün, 10:48
Arıqlamaq istəyi son illərdə bir çox insan üçün həyat tərzinə çevrilib.Bu məqsədlə sürətli nəticə vəd edən arıqladıcı çay və kofelərə maraq da xeyli artıb. Sosial şəbəkələrdə geniş təbliğ olunan bu məhsullar asan çıxış yolu kimi təqdim olunsa da, onların təhlükəsizliyi və nəzarəti ilə bağlı suallar açıq qalır.
Bir çoxları bu vasitələrə ümid etsələr də, mütəxəssislər onların hər zaman gözlənilən nəticəni vermədiyini bildirirlər. İstehlakçılar da deyirlər ki, çox vaxt reklamların təsiri ilə seçim edirlər, lakin nəticədə istədikləri effekti əldə etmirlər.
Bu barədə İTV-nin videomaterialında deyilir.
Diyetoloq Tutu Zeynalova bildirib ki, arıqlamaq üçün düzgün qidalanma və müntəzəm hərəkət daha effektiv yoldur. Qısa müddətdə nəticə verən üsullara güvənmək isə sağlamlıq üçün risk yarada bilər.
“Bu çayların istifadəsində və satışında məqsəd artıq çəki ilə üzləşən insanın psixoloji vəziyyətinə təsir etmək, onlara qısa müddətdə böyük nəticələr vəd verməkdir ki, bu da reallıqla heç də uyğun gəlmir. Çünki bu çayların və kofelərin təsiri nəyə bağlıdır? İlk növbədə bədəndən atılan suyun hesabına biz ilk günlərdə çəkimizin azaldığını görürük. Yəni əslində bədən susuzlaşır, dehidrasiyaya məruz qalır”, – deyə o vurğulayıb.
Xəbəri paylaş



























