Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

 
Bu gün, 14:24           
Almaniyanın “Döyç Velle” (Deutsche Welle – DW) yayım şirkəti “Qlobal güc balansını dəyişə biləcək 8 ölkə” adlı sənədli film hazırlayıb və bu ölkələrdən biri kimi Azərbaycanı göstərib.
Sənədli filmdə ABŞ-ın Hudzon İnstitutunun analitiki Ken Moriyasu Azərbaycan, Macarıstan, Qazaxıstan, Monqolustan, Pakistan, Türkiyə, Özbəkistan və Ermənistanı Avrasiyanın yüksələn orta gücləri kimi xarakterizə edir və bu səkkiz orta gücün qlobal proseslərə necə təsir göstərə biləcəyini izah edir.
Kenin sözlərinə görə, ABŞ Çinlə rəqabət aparmaq istəyirsə, Avrasiya qitəsinə yönəlməli və Azərbaycan kimi quru nəqliyyat dəhlizlərinə (strateji boğaz nöqtələrinə) diqqət yetirməlidir:
“Azərbaycan və Ermənistan onilliklərdir bir-biri ilə qarşıdurma yaşayır. Onlar Trampın yanına getdilər və Tramp Azərbaycanla onun anklavı arasında Ermənistan vasitəsilə quru əlaqəsi yaratmağı təklif etdi. Bu, “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanır. Hazırkı Orta Dəhliz Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyədən keçir. Bu, Orta Dəhlizdir. Lakin yeni təklif Gürcüstandan keçmədən, cənub istiqamətindən — Azərbaycan, Ermənistan və Türkiyə üzərindən alternativ marşrut təqdim edir. Bu isə Avrasiya bağlantısının əsas mahiyyətidir: bir neçə alternativ seçimin mövcud olması”.
Sənədli filmdə qeyd olunur ki, Avrasiyanın bu səkkiz dövləti Çin, Rusiya və ABŞ arasında balans siyasəti aparır.




Xəbəri paylaş


 
 


Xəbər lenti