“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir
Bu gün, 14:38
Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakı metropolitenində ciddi problem yaranmışdı.Tribuna.az xəbər verir ki, həmin vaxt metronun hərəkəti tam dayandırılmış və sərnişinlər isə evekusaiya edilmişdi.
Rəsmi açıqlamada qeyd edilirdi ki, problemin səbəbi elektrin verilişi məsələsində texniki nasazlıq olub. Belə ki, sabit xətlə elektrik verilişində yaranmış kəsintindən sonra avtomatik iə düşməli olan generatorlar işlləməyib.
Qeyd edək ki, hadisənin üzərindən bir neçə gün keçməsinə rəğmən, metroda hərəkət qrafikində yaranmış fasilələr hələ də davam edir. Lakin…
Bakının əsas nəqliyyat infrastrukturu olan metrodakı problemin həlli üçün cani dildən çalışmalı olan Bakı Metropoliteni rəhbərliyi əsas məsələni bir kənara qoyaraq, başqa məsələlərlə bağlı tender elan edib. Tribuna.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC bir gündə iki tender keçirmək üçün elan verib. Həmin tenderlərdən biri “UD-60-2400” markalı mobil domkrat qurğusunun satın alınması ilə bağlıdır. Mayın 21-də açıqlananacaq nəticələrə əsasən 1 dəst qurğunun alınmasına metrolpoliten rəhbərlliyi 138 min 330 manat vəsait ayırıb.
İkinci tender isə GPS avadanlığın satın alınması ilə bağlıdır. Açıq mənbələrdə qeyd edilir ki, QSC rəhbərliki 2 ədəd GPS sistemi üçün 32 min 458 manat xərcləməyi planlaşdırır.
P.S. Maraqlıdır, Bakı Metropoliteninin rəhbəri Vüsal Aslanov bir neçə gün əvvəl yaranmış problemi necə aradan qaldırmaq istəyir? Domkratın məsələyə nə dəxli var?
Xəbəri paylaş



























