Dövlət qurumu təmir işləri ilə bağlı 9 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR

 
11-12-2024, 11:32            90 dəfə baxılıb
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi iki tenderə yekun vurub.

"DİA-AZ" xəbər verir ki, dövlət qurumu tenderlərin qaliblərinə toplamda 8 654 254 manat ödəyəcək.

İlk tender olan, “Respublikanın bir sıra təhsil müəssisələrində əsaslı təmir işlərinin satınalınması” tenderini “Mühəndislik Tikinti Təchizat” MMC udub və 6 983 738 manat qazanıb.

Dəyəri 1 670 516 manat olan ikinci - “Respublikanın bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması” tenderini isə “AR Group İnşaat” MMC udub.



Xəbəri paylaş


 
 


Xəbər lenti