35 saniyədə 554 mənzil satışı: MİDA-da NƏ BAŞ VERİR?
11-12-2024, 12:43 103 dəfə baxılıb
Ekspertlər hesab edir ki, evlərin onlayn şəkildə satışı özünü doğrultmadı, başqa üsullar sınanmalıdır
Əyalətmedia.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ötən həftə Sumqayıt və Lənkərandakı yaşayış komplekslərində mənzil satışı həyata keçirib. Rəsmi açıqlama belədir ki, 35 saniyə ərzində 544 mənzil satılıb.
Sosial platformalarda isə proses çox ciddi tənqid olunub, şübhə ilə qarşılanıb. Məsələn, Bizimyol.info-nun xəbərinə görə, qaliblər sırasında olan bəzi şəxslər sevincini bölüşüb, cəld tərpənərək mənzilə sahib olduğunu yazıb, amma məlum olur ki, həmin adamlar ümumi prosesdən məlumatsızdır.
Yada salaq ki, MİDA 2018-ci ilin sentyabrından bu yolla mənzil satışını həyata keçirir. 2022-ci ilin martında kənar şəxslərin qanunsuz müdaxiləsi aşkar edilmiş, satışın nəticələri ləğv olunmuş, həbslər həyata keçirilmişdi.
MİDA bildirir ki, satışda ümumilikdə 4176 nəfər iştirak edib. Bizimyol.info isə üç nəfərə istinadən bildirir ki, proses 8-10-cu saniyədə bitib və rəsmi açıqlama həqiqəti əks etdirmir.
Mütəxəssislər mənzillərin satış mexanizminin məntiqə sığmadığını bildirir, dəyişikliyə ehtiyac olduğunu deyir. Bunlardan biri də püşk atılmasıdır.
Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı deyib ki, MİDA-nın satışları ilə bağlı hər dəfə eyni problemlər ortaya çıxır: “Bunun qarşısını almaq üçün yollar tapılmalıdır, belə çıxır ki, onlayn üsullarla bu mümkün olmayacaq. Onlayn mümkün deyilsə, o zaman başqa bir formul tapılmalıdır. Bəlkə də fiziki şəkildə, hansısa formada iştirakçılıqla həll edilə bilər, bir neçə bölgə məntəqələri yaradıla bilər. İştirakçılar orada qeydiyyatdan keçə bilər, onların adı fiziki şəkildə barabanlarda - necə ki futbolda komandaların bir-biri ilə necə düşəcəyini müəyyənləşdirirlər, o yolla hamının iştirakı ilə, hamının gözü qarşısında püşkatma keçirilməsi daha məntiqlidir”.
Elnur Fərzəliyev
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə “Yeni Müsavat”a deyib ki, məsələnin əsas problemli tərəfi mənzillərin satışı və şərtlərlə bağlıdır: “Müsabiqənin elektron formatda keçirilməsi və mənzillərin çox qısa vaxt ərzində satılması vətəndaşları qane edə bilməz. Satışa çıxarılan mənzillər bir neçə saniyə ərzində satılır. Bu səbəbdən bir çox vətəndaş dəfələrlə bu müsabiqədə iştirak etsə də, ev qazana bilmir. Onu da qeyd edim ki, bu sosial bir layihə olduğu üçün vətəndaşlar yalnız bir dəfə güzəştli şərtlərdən yararlana bilərlər. Nağd formada 50-60 min manat qarşılığında mənzil alanlara gəlincə, bu komplekslərdə çox vaxt özəl şirkətlərə məxsus mənzillər də olur. Bəzi vətəndaşlar güzəştli ipoteka əvəzinə, güzəştli qiymətlərdən istifadə edərək mənzili nağd şəkildə alır və bu yolla büdcəsinə qənaət etmiş olur. Yəni ümumilikdə MİDA-nın təyin etdiyi qiymətlər bir çox ailənin büdcəsinə uyğun hesab oluna bilər. Məsələn, müqayisə aparsaq, Yasamalda Şərifzadə küçəsində yerləşən mənzilin bir kvadratmeri 1500 manatdan başlayırsa, bu ərazidən 700-800 metr aralıda ASAN xidmətin arxasındakı MİDA-ya məxsus binalarda mənzillərin bir kvadratmetri 900 manatdan təklif olunur. Ancaq təbii ki, bu mənzillərin sahəsi digər evlərlə müqayisədə daha kiçik və yığcam olur. Bu mənzillərin bu formada hazırlanması aztəminatlı kateqoriyaya aid olan vətəndaşlar üçün daha əlçatan olması ilə əlaqədardır. Hazırda Yasamal ərazisində iki otaqlı mənzillərin qiyməti 140 min manatdırsa, MİDA-da bu evlər 40-50 min manata təklif olunur”.
Eldəniz Əmirov
Mövzu ilə bağlı danışan iqtisadçı Eldəniz Əmirov da bir sıra təkliflər irəli sürüb: “Çox rahat şəkildə müraciətçilər arasında həssaslıq dərəcəsinin və ehtiyacların qiymətləndirilməsi üçün daha təkmil bir sistem yaradıla bilər. Şərti olaraq bunu "Ehtiyac Qiymətləndirilməsi Sistemi" adlandıra bilərik. Bu sistem insanların həm həssaslı dərəcəsini, həm də evlərə olan ehtiyaclarının dərəcəsini qiymətləndirə və sıralaya bilər. İnsanın iki gözünü də bir-birindən fərqləndirmək olur. Dünyada tam bərabər heç nə yoxdur. Deməli, hər bir həssas qrup nümayəndəsi mütləq digərindən çox həssas və ya az həssasdır. Odur ki, avtomatlaşdırılmış bu sistem ən azı sosial həssaslıq dərəcəsi və ehtiyac dərəcəsi kimi 2 kritertiya üzrə qiymətləndirmə apara bilər. Məsələn, şəhid ailəsi, müəllim, hərbiçi və digər kriteriyalar üzrə qiymətləndirə bilər. Amma əvvəlcə bu həssaslıq dərəcələri çoxdan aza doğru xüsusi dövlət komissiyası tərəfindən kodlaşdırılaraq sıralanmalı və yaradılacaq avtomatlaşdırılmış sistem bu əsasdan formalaşmalıdır. Yəni ayrı-ayrı indekslər yaradılır və bu indekslər ən ədalətli sıralamanı təmin edir. Başqa üsul isə sadəcə, televiziyada xüsusi qurumların nümayəndələrdən ibarət komissiyanın iştirakı ilə canlı yayımda lotereya vasitəsilə qaliblərin seçilməsi daha ədalətli olardı. O zaman hər kəsin qalib olma ehtimalı (şansı) bərabər olardı. Ehtimalların bərabər paylanması ədaləti də bərabər paylamış olar".
Osman Gündüz
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə deyib ki, MİDA-nın onlayn mənzil satışında əsas parametri ilk mənzilin neçənci saniyədə satılmasıdır: “Onlayn satışa start verilən andan ilk mənzilin neçənci saniyədə satılması ilə bağlı MİDA hesabatlarında iki parametr var: mənzilin sistemdə tapılaraq baxış keçirilməsi və mənzilin təsdiqlənməsi. Mənzilin baxış üçün seçilməsi, onlayn satışa start verilən andan vətəndaşın sistemə daxil olub axtarış verərək istədiyi mənzilin tapılması müddətini göstərir. Məhz bu, ilk mənzilin neçənci saniyədə satıla biləcəyini göstərən əsas parametrdir. Yəni iddiaçı mənzilə baxış edirsə, artıq o daha tez sistemə daxil olub, axtarış verib və mənzili tapıb, artıq onu gözaltı edib, bu mənzil artıq digərlərinin axtarışında görünmür. İddiaçı mənzilə baxışını-seçimini istəsə həmin an, istəsə bir qədər gec də təsdiqləyə bilər. Yəni bu parametr əslində real olaraq ilk alış saniyəsi olaraq qəbul edilə bilər. İkinci parametr məhz baxış keçirilən mənzilin seçiminin-alışının təsdiqlənməsidir . Elə ola bilər ki, vətəndaş 4-cü saniyədə mənzilə baxışa başlayıb, lakin təsdiq ya 4-cü saniyədə, ya 7-ci saniyədə, yaxud da 40-cı saniyədə ola bilər. Bu parametr ilk satışın neçənci saniyədə baş tutması üçün elə də əhəmiyyət kəsb etmir. MİDA-nın açıqladığı hesabatların və statistikaların əksəriyyətində bu parametrlər görünür. İndiyədək olan satışlarında ilk mənzil seçimi ilə bağlı statistikasına baxarkən o nəticəyə gəlmək olur ki, MİDA -nın onlayn satış sistemi ilkin dövrlərdə botlara qarşı elə də təkmil olmayıb. Düşünmək olar ki, bu dövrlərdə botlardan və seçim prosesini sürətləndirən digər üsullardan istifadəyə daha çox imkanlar olub. DTX və MİDA satışa kənar şəxslərin qanunsuz müdaxiləsi olduğunu bildirib, satışın nəticələri ləğv edilib və həbs edilənlər olub. Məhz bundan sonra MİDA sistemdə köklü texnoloji dəyişikliklər edib. MİDA-nın hazırkı satış sistemi, insan amilinin rolunun məhdudlaşdırılması və şəffaflıq üçün texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir. Lakin İT bacarıqlarla bağlı sistemin mahiyyətində ədalətsizlik olduğundan yeni, alternativ satış üsullarına ehtiyac var”.
“Yeni Müsavat”

Xəbəri paylaş