Salyanda küçələrin təmiri ilə məşğul olan şirkət cərimələndi - Valyuta vəsaitini ölkəyə qaytarmayıb
12-12-2024, 11:59 91 dəfə baxılıb
"KRB Projects" MMC cərimələnib.
Pravda.az-ın xəbərinə görə, Xətai Rayon Məhkəməsində hakim Slühanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkətə cərimə kəsilib.
Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Qeyd: Nizamnamə kapitalı 62 700 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsi, ev 32, mənzil 45-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Vurğun Mirbəşir oğludur. Bu il Salyan Rayon İcra Hakimiyyəti "KRB Projects” MMC ilə maliyyə dəyəri 433 331,21 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. Şirkət icra Salyan şəhərində çoxmənzilli kommunal binaların əsaslı təmiri işlərini həyata keçirir. "KRB Projects” MMC ötən il Salyan Rayon İcra Hakimiyyəti ilə iki satınalma müqaviləsi imzalayıb. Hər iki müqavilə Salyan şəhərində küçələrin əsaslı təmiri ilə bağlıdır. Müqavilələrin toplam maliyyə dəyəri 576 256,75 AZN-dir.

Xəbəri paylaş