“Azərittifaq”la “Azərbaycan Dəmir Yolları” üz-üzə

 
12-12-2024, 12:10            70 dəfə baxılıb
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı ilə “Azərbaycan Dəmir Yolları” QSC məhkəmədə üz-üzə gəlib.
Tribunainfo.az xəbər verir ki, iddianı “Azərbaycan Dəmir Yolları” QSC qaldırıb. Prosesdə maraqlı tərəf kimi Vəliyev Yusif Mikayıl oğlu da iştırak edir.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir. Tərəflər qeyri-yaşayış sahəsi üzrə mübahisə yaşayır.
İş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilib. 2025-ci ilin 14 yanvar tarixində hakim Leyla Əliyevanın sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, iddianı qaldıran “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdur. Məhkəməyə verilən “Azərittifaq”ın sədri isə deputat Eldar Quliyevdir.



Xəbəri paylaş


 
 


Xəbər lenti