Saxta diplom və sertifikatlarla işləyən həkimlərin qurbanlarının sayı artır (VİDEO)
12-12-2024, 12:18 92 dəfə baxılıb
Saxta diplom və sertifikatlarla fəaliyyət göstərən həkimlərin qurbanı olanların sayı artır.
Bəzilərinin tibbi ixtisası fərqlidir. Məsələn, ginekoloqdur, amma plastik-estetik cərrah kimi fəaliyyət göstərir. Bəzilərinin isə ümumiyyətlə tibb təhsili yoxdur, amma qanunsuz yollarla əməliyyatlar icra edir. Elə bu səbəbdəndir ki, əməliyyatdan çıxanlar ya yarıcan olur, yada dünyasını dəyişir.
İnsanların estetik əməliyyatlara daha çox müracət etdiyini görən bəzi həkimlər ixtisaslarını saxta yollarla dəyişməyə başlayıblar. Qanunuz yolla diplom və sertifikatlar alırlar. Bu “cərrahlar”ın aşkarlanaraq siyahısının tərtib olunması və onlar barəsində tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarında araşdırma başladılıb. Araşdırma zamanı məlum olub ki, zərərçəkmişlərin çoxu sonradan susdurulub. Zərərçəkmişlər şikayətini geri götürür ki, həkimlə arasındakı problemi həll edilib.
Baş Prokurorluqdan isə bildirilib ki, bu məsələ ilə bağlı çoxsaylı vətəndaş müraciətləri var və prokurorluq bu müraciətləri araşdırır.
Azərbaycanda rezidenturaya plastik cərrahiyyə ixtisası 2017-ci ildən əlavə edilib və plastik cərrahiyyə üzrə rezidentura təhsili almaq üçün 5 il müddət göstərilib. 2017-ci ildən bu yana ixtisas üzrə cəmi 3 nəfər məzun olub. Hazırda isə bu ixtisas üzrə cəmi 7 nəfər təhsil almaqdadır. Onu da bildirək ki, mələsə ilə bağlı Səhiyyə Nazirliyindən mövqe almaq istəsək də, suallarımız cavabsız qaldı.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Xəbəri paylaş