Müştəriləri aldadan “Dreamcar” MMC cərimələnə bilər
12-12-2024, 14:05 76 dəfə baxılıb
“Qəpiyəqəpik” brendi altında müxtəlif sosial media şəbəkələrində müştərilərə xidmət göstərən, xarici ölkələrdən avtomobil idxalı ilə məşğul olan “Dreamcar” MMC-nin İnzibati Xətalar Məcəlləsini pozduğu məlum olub.
Tribunainfo.az xəbər verir ki, avtomobil şirkəti İXM-nin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
“Dreamcar” MMC ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 20 dekabr tarixində hakim Emin Əliyevin sədrliyi ilə baxış iclası keçiriləcək.
Qeyd edək ki, “Dreamcar” MMC-nin adı mətbuatda müştəriləri aldatmaq, yararsız avtomobil satmaq kimi faktlarda hallanır. Belə hadisələrdən biri də bu ilin yanvarında vətəndaş Məcidov Ramiq Adəm oğlunun başına gəlmişdi. O, sözügedən MMC-nin xaricdən gətirdiyi avtomobili aldıqdan sonra maşının tamamilə nasaz, mühərrikində ciddi problem olduğunu bilib. Qaytarmaq istəsə də, şirkət ona heç bir köməklik göstərməyib. Şirkət müştəriyə avtomobilə görə heç bir məsuliyyət daşımadığını bildirib.
Xatırladaq ki, “Dreamcar” MMC xarici ölkələrdən avtomobil idxalı ilə məşğuldur.
Qarşı tərəfi dinləməyə hazırıq.

Xəbəri paylaş