Baba Rzayevin kadrlarından Ümummilli Liderə sayqısızlıq – bu gün toy-bayram edirlər
13-12-2024, 12:11 121 dəfə baxılıb
Mingəçevirdəki “Ana Kür” Şadlıq Sarayında bu gün toy-bayram olub
Bu saatlarda redaksiyamıza təəccüb, həm də təəssüf hissi doğuracaq ilginc məlumat daxil oldu. Məlumatda hər iki hissi doğuracaq səbəb Ümummilli Liderə olan sayqısızlıdan doğur. Məlum olduğu kimi, bu gün-12 dekabr bütün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Xalqımız böyük oğlunu qürur və şərəflə andığı zaman, bu günün müqəddəsliyini ya dərk etməyən, ya da, dərk etmək istəməyən məmurlarımız da varmış… Məhz, Ulu Öndərin sayəsində vəzifə sahibi olan, beləliklə də geniş imkanlara sahiblənmiş məmurlar bu gün toy-bayramlarından, eyş-işrətlərindən qlmayıblar.
Mingəçevirdəki oxucumuz Nərmin Allahverdiyevanın verdiyi məlumata görə, “Azərenerji” ASC-nin Cənub Elektrik Stansiyasının direktoru Yusifov Üzeyir Milan oğlu bacısı nəvəsinin toyunu bu gün keçirir. Həm də, xüsusi hazırlıqla və yüksək təmtəraqla… Məsələnin digər diqqət çəkən tərəfi isə toyun keçirildiyi məkanla, daha doğrusu məkan sahibinin kimliyi ilə bağlıdır. Nərmin xanım bildirir ki, Üzeyir Yusifov doğmasının toyunu həmkarı, həm də dostu sayılan “Azərenerji” ASC-nin Mingəçevirdəki Yüksək Gərginlik (110 gərginlikli də deyilir. Red.) İdarəsinin rəisi Abdullayev Saleh Fazil oğluna məxsus “Ana Kür” Şadlıq Sarayında keçirir.
Biz məlumatın geniş ictimai maraq doğuracağını nəzərə alaraq, hələlik qısaca ictimailəşdiririk. Qarşıdakı günlərdə müəyyən dəqiqləşdirmələrlə mövzuya qayıdacağıq.
Xatırladaq ki, bu günə sayqısızlıq edən hər iki məmur Baba Rzayevin kadrları sayılır… Hörmətli Rzayev isə Ümummilli Liderə sayqısı ilə seçilən məmurlar sırasındadır… /yenixeber.org

Xəbəri paylaş