“Hicaz” kolbasa şirkəti cərimələnir – SƏBƏ

 
13-12-2024, 13:07            111 dəfə baxılıb
“Hicaz” ticarət nişanı ilə kolbasa və sosiska istehsalı ilə məşğul olan “Hicaz 313” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “Hicaz 313” MMC-nin İnzibati Xətalar Məcəlləsinin sığorta qaydaları əleyhinə olan 464-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Hicaz 313” MMC ilə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 26 dekabr tarixində hakim Elçin Ağayevin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Hicaz” şirkətinin ötən il 4 tona yaxın kolbasa məhsulu istifadəyə yararsız olduğu üçün məhv edilmişdi.
Şirkətin satış müdiri Əli Əfərovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.



Xəbəri paylaş


 
 


Xəbər lenti