Dondurma istehsal edən şirkət cərimələndi

 
13-12-2024, 13:16            83 dəfə baxılıb
Binəqədi Rayon Məhkəməsində dondurma istehsal edən “Rich S.A.” MMC-yə yazılan inzibati protokola baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərarla şirkət cərimələnib.
Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.



Xəbəri paylaş


 
 


Xəbər lenti