Cənub Yük Terminalında özbaşınalıq: Aqşin Mirzəyev monopoliya yaradıb

 
Bu gün, 11:36           
ADY-nin Cənub Yük terminalıda qəribə vəziyyət yaranıb.
İranın “Kaveh Soda” şirkətinin rəsmi nümayəndəsi, Azərbaycan vətəndaşı Ramiz Əliyev başına gələnləri açıqlayıb.
O bildirib ki, sözügedən terminalın rəisi Aqşin Talıb oğlu Mirzəyev özünü rəsmi şəxs kimi yox, daha çox başqa şəxs kimi aparır. Əliyev bildirib ki, ötən ilin avqustunda vəzifə başına təyin olunan Aqşin Mirzəyev gəlidkdən sonra “öz qaydaları”nı tətbiq etməyə başlayıb. Nəticədə, terminalda monopoliya yaradıb.
Şikayətçi bildirir ki, onların əsas vəzifəsi Astara Gömrük Keçid Məntəqəsi üzərindən İrana keçən yüklərin vəziyyətinə nəzarət erməkdir. Belə ki, Cənub Yük Terminalına şirkət rəsmisi kimi maneəsi daxil olmalı olan bu məsul şəxslər, orada yüklərin sayına, çəkisinə, habelə xarab olub olmamasına, o cümlədən sınıb-sınmamasına nəzarət etməməklə yanaşı, həm də bu barədə rəy verməlidirlər.
Ramiz Əliyev qeyd edir ki, Aqşin Mirzəyev rəis təyin edildikdən sonra bu sahədə monopoliya yaradıb. “O, istədiyi adamı terminala buraxır, istədiyini isə buraxmır. Xoşu gəlməyən adamlar olduqda isə ümumiyyətlə terminala girişinaə qadağa qoyur. Mən də onun “qara siyahı”sına düşənlərdənəm”.
Şikayətçi terminal rəsinin belə bir addım atmasının konkret səbəbini dəqiqləşdirə bilmir. “Dəfələrlə müraciət edərək, məni niyə terminala buraxılmamağımın səbəbini soruşmuşam. Lakin hər dəfəsində bir bəhanə gətirir. Sonuncu dəfə bildirib ki, yük terminalına buraxılmamağım barədə “yuxarıdan” tapşırıq gəlib. Buna görə də, mən ondan müraciətimə yazılı cavab verməsini istəmişəm. Lakin o, bildirib ki, guya, tapşırıq şifahi verilib və bununla bağlı heç nə edə bilməz”.
Əliyev qeyd edir ki, Mirzəyev monopoliya yaradaraq, konkret şirkətlərlə işləməyə üstünlük verir. “Məsələn, o, İranın bir neçə şirkəti ilə anlaşaraq, yalnız onların nümayəndələrini terminala buraxır. Belə olan halda, yük sahibləri məcbur olub həmin şirkətləri tapır, onlarla bahalı müqavilələr bağlamalı olurlar. Nəticədə, digər şirkətlər kənarda qalırlar”.
Sözügedən şəxs qeyd edib ki, onun bütün sənədləri qaydasındadır. İranın “Kaveh Soda” şirkətinin rəsmi nümayəndəsi olmasını İran Astara Gömrük İdarəsi və İran Gömrük İdarəsinin Mühafizə Baş İdarəsi də imzalı və möhürlü şəkildə tsədiqləyib. “Yəni, İran tərəfi məni sözügedən şirkətin rəsmisi olaraq tanıdığı halda, Aqşin Mirzəyev bunu qəbul etmir”.
Ramiz Əliyev sonda bildirib ki, Aqşin Mirzəyevin Azərbaycan vətəndaşına da hörməti yoxdur. “Öz həmvətənim xarici ölkədə olduğum halda məni sızır. Qanunsuzluq edir. Axı, mən Azərbaycan vətəndaşını niyə sıxırsız? Niyə o imkanı yaradırsız ki, mən öz ölkəmin vətəndaşı olaraq, məcburiyyət qarşısında qalaraq, başqa bir dövlətin hüququ mühafizə orqanlarına müraciət edim? Sizin heç insafınız, öz ölkənizə zərrə qədər də olsa hörmətiniz varmı?”
Tribuna.az-ın araşdırması nəticəsində məlum olub ki, Cənub Yük Terminalının rəisi Aqşin Mirzəyev bu posta Azərbaycan Dəmir Yollarının rəisi Rövşən Rüstəmovla yaxınlığına görə, gətirlib. Belə ki, o, vaxtıyla ADY rəisi ilə birlikdə işləyib və yaxşı əlaqələri olub. Bundan başqa, onun “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)”ndə əmisi oğlunun məsul vəzifədə olması da köməyinə çatır./Tribuna.az




Xəbəri paylaş


 
 


Xəbər lenti