Bahalaşmadan təngə gələn əhali və ya deputatların "bahalı içki" dərdi
30-10-2024, 12:51 121 dəfə baxılıb
Bütün dövrlərdə iqtisadiyyat artan və azalan xətt üzrə inkişaf edib. Dünyanın inkişaf etmiş ölkələrində, iqtisadi gücüylə öyünən dövlətlərdə iqtisadi çökmələr də müşahidə olunur. Həmin anda vəziyyətdən çıxmaq üçün yollar axtarılır və ölkə əhalisinin yaşayış səviyyəsinə təsir etməməkdən yana islahatlar həyata keçirilir.
Bahalaşma və infilyasiyanın kəskin artması sosial həyata təsir edəndə yaşayış səviyyəsi aşağı düşür və əhali arasında haqlı narazılıq yaranır. Bu gün Azərbaycanda da istehlak bazarında kəskin qiymət artımları müşahidə olunur. Minimum əmək haqqı isə ümumi bahalaşma fonunda qəpik-quruş kimi görünür. Bu məqamda insanların gözləntiləri də artır. Bahalaşmanın təsirini hər bir ailə hiss edəndə, istehlak səbəti gündən-günə kiçilməyə başlayanda cəmiyyətdə ümidsizlik yaranır. Bu ümidsizlik uzun çəkdikcə cəmiyyətin deqredasiyası baş verir. Deməli, sağlam cəmiyyət formalaşdırmağın yolu həm də iqtisadi göstəricilərlə bağlıdır. Düzdür, bu gün Azərbaycanın iqtisadi göstəriciləri yüksək səviyyədədir. Neft və qaz sektorundan gələn gəlir ölkəmizin iqtisadi göstəricilərini günü-gündən yüksəldir. Bəs iqtisadiyyatı güclü olan dövlətdə niyə tez-tez qiymət artımı baş verir və məsələ necə tənzimlənməlidir? Təbii ki, öklədə qiymətlər sərbəstdir və qiyməti bazar tənzimləyir. Amma bu o demək deyil ki, kim məhsulunu hansı qiymətə istəsə sata bilər.
Bəs “ucuz ət”lər ticarət mərkəzlərinə necə ayaq açır? Deməli, zəhərli içkilərin varlığından narahat olanlar insanların sağlamlığına ziyan vuran belə məhsulların istehlakçıya satılmasına göz yumurlar. Bu cür hallar Azərbaycan cəmiyyətində müxtəlif suallar yaradır. Dünən eşitdiklərindən sonra “ucuz ət” almağa həvəzsiz görünən insanlar “zəhərli içkilər”dən də imtina edəcək. Bununla da, işıq və qaz limitlərindən əziyyət çəkən sadə azərbaycanlının qayğısı daha da artdı.
KONKRET.az

Milli Məclisdə aparılan müzakirələrdə də qiymət artımı müzakirə edilib və deputatların məsələyə maraqlı yanaşma tərzi olub. Birinci vitse-spiker Əli Əhmədov bildirib ki, qiymət və keyfiyyət bir-birilə bağlıdır. Qiymət keyfiyyətə nəzarətin fəaliyyətlərindən biridir”. Əli müəllim bunu “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik olunmasına münasibət bildirərkən deyib. O, ucuz mala şübhəli münasibətdən danışıb. Əgər belədirsə, keyfiyyətsiz malların istehlakçıya satılmasının qarşısı niyə alınmır? Bütün bunlar inamsızlıq yaradır və bu inamsızlıq “ucuz ətin şorbası olmaz” sözü Milli Məclis tribunasından səslənəndə daha da artır. Deməli, bu, ölkədə baş verən bahalaşmaya xüsusi don geyindirmək, onu ört basdır etməyin sadə yoludur. Orta statistik azərbaycanlı ucuz məhsul almağa çalışdığı vaxtda “ucuz ətin şorbası” olmaz deyimi heç də uğurlu ifadə forması deyil. “Baha ət” almağa pul tapa bilməyənlər Milli Məclisdəki tövsiyələri yadlarına salanda yalnız pərişan olacaqlar.Bu gün 400-500 manat maaşla ailəsini güclə dolandıranların “baha ət” almağa imkanları çatmır və qiymət artımından təngə gəliblər. Bahalaşmaya don geyindirib onu tanrının lütfü kimi cəmiyyətə sırımağa çalışanların həmin ailələrdən ya xəbəri yoxdur, ya da onların çətin durumu bu cür fikir bildirən adamları qəti maraqlandırmır. 1-3 manatlıq içkilərin zəhərli olması haqqında mövzu da maraqlı temadır. Əgər Milli Məclisdə içkilərin zəhərli olması barədə fikirlər səslənirsə deməli onun qarşısını almağın yolları da var.

Xəbəri paylaş