Şirkətlərin 10 ildir davam edən milyonluq - Boru davası
5-12-2024, 14:03 107 dəfə baxılıb
“Cənnət Park” MTK ilə “Biləcəri Təmir Quraşdırma” QTSC arasında 10 ilə yaxındır ki, davam edən məhkəmə mübahisəsi bitmək bilmir.
“Qafqazinfo”ya müraciət edən “Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayev bildirib ki, məhkəmə prosesi artıq 3-cü dəfədir Konstitusiya Məhkəməsinədək uzanır.
O, qarşı tərəfin müxtəlif vasitələrdən istifadə edərək işi uzatdığını deyib: “30.06.2014 -cü il tarixdə “Cənnət Park” MTK ilə “16 nömrəli İnşaat-İstehsalat Təsərrüfat” Tresti arasında 2.099.200 manat məbləğində borc müqaviləsi imzalanıb. Borc məbləği ödənilmədiyindən 13.07.2016-ci il tarixdə notarial qaydada “borcun əvəzləşdirilməsinə” dair müqavilə bağlandı. Həmin müqaviləyə əsasən, borcun əvəzi olaraq Trestə məxsus olan 2200 ədəd ümumi çəkisi 2624 ton (1 ton-800 manat) dəmir boru rəhbərlik etdiyim MTK-ya verilib. Lakin Trestin “Biləcəri Təmir Quraşdırma” QTSC-yə də borcu olub və bu barədə məhkəmə qətnaməsi qəbul olunub. Bu səbəbdən QTSC-nin cavabdehlər Trestə və “Cənnət Park” MTK-ya qarşı borcun əvəzləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və dəmir boruların geri qaytarılması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib, qətnamə qanuni qüvvəsini alıb”.
Q.Fətullayev bildirib ki, rəhbəri olduğu “Cənnət Park” MTK-ya məxsus olan borular əsassız olaraq QTSC-nin sahibliyində olub və bu səbəbdən uzunsürən məhkəmə prosesləri başlayıb: “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.07.2018-ci il tarixli qətnaməsi ilə “Cənnət Park” MTK-nın cavabdehlər QTSC və Trestə qarşı iddiası ilə 1.614 ədəd borunun QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması, QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat və 30 manat dövlət rüsumunun əvəzinin QTSC-dən tutularaq MTK-ya ödənilməsi qət edilib. Cavabdeh QTSC apellyasiya şikayəti verdi və Bakı Apellyasiya Məhkəməsinin 02.10.2018-ci il tarixli qətnaməsi ilə QTSC-nin apellyasiya şikayəti təmin edilmədi. Cavabdeh QTSC növbəti mərhələdə kassasiya şikayəti verdi və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30.01.2019-cu il tarixli qərarı ilə QTSC-nin kassasiya şikayəti təmin edilmədi”.
Şikayətçi bildirir ki, buna kimi bütün məhkəmə instansiyaları işə hüquqi qiymət verərək onların xeyrinə qərarlar qəbul edib. Lakin sonra “Biləcəri Təmir Quraşdırma” QTSC Konstitusiya Məhkəməsinə müraciət edib və gözlənilmədən qarşı tərəfin lehinə qərar qəbul edilib: “Konstitusiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin qərarı ləğv edildi və iş yenidən baxılmağa göndərildi. Bakı Apellyasiya Məhkəməsi də 25.02.2021-ci il tarixli qətnaməsi ilə QTSC-nin apellyasiya şikayətini təmin etmədi. Həmçinin Ali Məhkəmə də QTSC-nin kassasiya şikayətini təmin etmədi”.
İş adamı qeyd edir ki, qarşı tərəf ikinci dəfə məsələni Konstitusiya Məhkəməsində mübahisələndirib: “Konstitusiya Məhkəməsinin 07.02.2022-ci il tarixli qərarı ilə Ali Məhkəmə qərarı ləğv etdi və işi yenidən baxılmaq üçün göndərildi. Bakı Apellyasiya Məhkəməsi 19.09.22-ci il tarixli qətnaməsi ilə QTSC-nin apellyasiya şikayətini təmin edir və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.07.2018-ci il tarixli qətnaməsi ləğv edir. Beləliklə iddianı təmin etmir. Həmin qətnamədən isə təmsil etdiyim “Cənnət Park” MTK tərəfindən kassasiya şikayəti verildi. Bu dəfə Ali Məhkəmənin 11.05.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edildi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli, 2-2(103)-774/2022 saylı qətnaməsi ləğv olunur, yeni qərar qəbul edilir. İddia tələbi qismən təmin olunur. Cavabdeh “Biləcəri Təmir Quraşdırma” QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğ “Biləcəri Təmir Quraşdırma” QTSC-dən tutularaq iddiaçıya ödənilməsi, 1614 ədəd borunun cavabdeh “Biləcəri Təmir Quraşdırma” QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçı “Cənnət Park” MTK-ya qaytarılması qət edilir”.
Q.Fətullayev bildirib ki, bundan sonra QTSC 3-cü dəfə Konstitusiya Məhkəməsinə müraciət edib: “Konstitusiya Məhkəməsi bizə bəlli olmayan səbəblərdən bu işi yenidən, özü də 3-cü dəfə icraatına qəbul edib və bir ilə yaxındır ki, işi icraatında saxlayaraq hərəkətsizlik göstərir. Azərbaycan məhkəmələri ədaləti və qanunu rəhbər tutduğundan “Cənnət Park” MTK bu işi 3 dəfə Ali Məhkəmədə udub. Görünən odur ki, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri Nazim Tahirov Konstitusiya Məhkəməsinin qərarına təsir edə bilir”.

Xəbəri paylaş