ABŞ-dən Ukrayna müharibəsini bitirmək üçün yeni cəhd – Bu hücumlara son qoyulmalıdır…
Bu gün, 14:53
ABŞ Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün yeni təkliflər paketi hazırlayır və bunlardan biri qarşılıqlı hava hücumlarına son qoyulmasını əhatə edəcək.Bu barədə ”Reuters” öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, təşəbbüs hazırda Vaşinqtonla Kiyev arasında müzakirə olunur və daha sonra Moskvaya təqdim olunacaq. Sabah isə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün ABŞ-yə uçacaq.
Agentliyin mənbəyi xatırladıb ki, Kiyev əvvəllər Vladimir Putinə hava atəşkəsi təklif etsə də, Rusiya başçısı bundan imtina edib. Lakin bəzi Qərb rəsmiləri hesab edir ki, Kreml indi Ukraynanın neft emalı zavodlarına və logistika obyektlərinə intensiv hücumları nəticəsində Rusiya iqtisadiyyatına artan ziyan səbəbindən bunu qəbul edə bilər.
Putinin sözçüsü Dmitri Peskov məsələyə şərh verməkdən imtina edərək qeyd edib ki, “bu xəbərin nə qədər etibarlı olduğu və arxasında kimin durduğu” bəlli deyil.
Məlum olduğu kimi, ötən həftə Zelenski Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerə zəng edərək Rusiya ilə fevral ayında dayandırılan danışıqların bərpası imkanlarını müzakirə edib.
İyulun 22-də Kremlə yaxın mənbələr “Bloomberg”-ə bildirib ki, Putin Donbas tam ələ keçirilənə qədər Ukrayna ilə əlaqə qurmaq niyyətində deyil və artıq bufer zonasına çevirməyi planlaşdırdığı Sumı və Xarkov vilayətlərinin işğal olunmuş ərazilərini geri qaytarmağı da düşünmür.
Agentliyin mənbələri iddia edir ki, Putin 2025-ci ilin avqustunda Ankoric sammitində Trampla Donbasla bağlı əldə edilən qeyri-rəsmi razılaşmaların artıq qüvvədə olmadığına qərar verdikdən sonra “ərazi mübadiləsi” ilə bağlı əvvəlki ideyasından imtina edib. Vaşinqton isə ümumiyyətlə, belə razılaşmaların mövcudluğunu təkzib edib.
Putin 28 iyunda hər iki tərəfə hava hücumlarını dayandırmaq və hərbi əməliyyatları dörd bölgədə – qondarma “DPR”, “LPR” və Xersonla Zaporojye bölgələrində məhdudlaşdırmaq təklifləri aldığını açıq şəkildə bildirib. Lakin o, Rusiyanın bu təklifi rədd etdiyini deyib, çünki bu, Ukrayna Silahlı Qüvvələrinə digər ərazilərdən qüvvələrini çıxarmağa imkan verəcək.
İyulun 23-də ABŞ Dövlət katibi Marko Rubio Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşdən sonra bildirib ki, Ukraynada müharibəyə son qoymaq üçün razılaşma “yeni ideyalar” tələb edəcək, çünki Alyaskada müzakirə edilən variantlar “uğursuz” olub.
Cavab olaraq, Lavrov Trampı az qala “kişiyə yaraşmayan davranışda”, sözünün üzərində durmamaqda günahlandırıb və əlavə edib ki, “hazırda hər hansı yeni dinamikadan danışmağın mənası yoxdur”./azpolitika.info
Xəbəri paylaş

























