Kəlbəcər Bərpa, Tikinti və İdarəetmə Xidməti vergi borcu olan, analoji işlərdə təcrübəsi olmayan MMC ilə müqavilə bağladı

 
Bu gün, 11:24           
“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən zibil qutularının satın alınması üzrə 16.06.2026-cı ildə başlanılmış kotirovka sorğusuna 23.09.2026-cı ildə yekun vurub. Müsabiqənin qalibi “ORİON-ACC” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 36.875 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 26.10.2026-cı ildə dərc edilib.
Şərtlər toplusuna görə “ORİON-ACC”  MMC 19.10.2026-cı ildən başlayaraq 27.12.2026-cı ilə qədər Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətini 50 ədəd 1100 litr zibil qutuları, 50 ədəd 240 litr (plastik) zibil qutuları ilə təchiz etməlidir.
Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti kotirovka sorğusu üzrə müqaviləni 26.10.2026-cı ildə bağlayıb, amma müqavilənin icrasına 19.10.2026-cı ildən başlayır.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ORİON-ACC”  (VÖEN: 2908251791) Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.04.2026-cı il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, MƏH 2, ev.5/5A, m.32, qanuni təmsilçisi kimi isə Mustafayev Emin Yavər oğlu qeyd olunub. MMC-nin hazırkı günə 656.85 manat vergi borcu var.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından da göründüyü kimi “ORİON-ACC” MMC 30.04.2026-cı ildə dövlət qeydiyyatına alınıb. Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti isə keçirdiyi kotirovka sorğusuna 16.06.2026-cı ildə başlamışdır.
Göründüyü kimi Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti kotirovka sorğusu müsabiqələrinə başlamazdan 2 ay əvvəl dövlət qeydiyyatına alınmış  “ORİON-ACC”  MMC-ni qalib seçmişdir.
Bununla da Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarının tələbləri pozulmuşdur. 
Göründüyü kimi “ORİON-ACC” MMC saatınalma proseduruna başlamazdan cəmi iki ay əvvəl dövlət qeydiyyatına alınıb. Bu arada hansısa maliyyə əməliyyatlarından vergi borcu da yaradıb. MMC-nin analoji işlərdə təcrübəsinin olmadığı halda Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti hansı əsaslarla qalib bir çox seçib suallar doğurur.
Qeyd edək ki, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin direktoru Emil Şolandır. O, sözügedən vəzifəyə 2024-cü ilin iyulunda təyin edilib.
 
Aktualinfo.net

ABOUT THE AUTHOR




Xəbəri paylaş


 
 


Xəbər lenti