Ambulansla xəstəni Gəncədən Bakıya 10 litr benzinlə gətirmək olarmı? - AKTUAL
Bu gün, 11:57
"Səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması ilk öncə ona ayrılan büdcə vəsaitlərindən asılıdır, idarəetmənin təkmilləşdirilməsi isə bilavasitə bu göstəricidən asılıdır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.O daha sonra fikrini belə davam etdirir: "2027- ci il dövlət büdcəsində səhiyyə xərcləri 2,1 milyard manat, İcbari Tibbi Sığorta fondu (İTS) isə 1,1 milyard manat nəzərdə tutulub.
Bu rəqəmlərə münasibət bildirən Adil Qeybulla deyir, adambaşına düşən çox azdır (yəqin dövlət büdcəsinin səhiyyə xərcləri demək istəyir..), Almaniyada bütün büdcənin 3/1-i səhiyyəyə ayrılır, özü də büdcə vəsaiti bir trilyondan (yəqin avro) çoxdur
Digər bir proqramda isə alim demişdi Almaniyada İTS fondu 300 milyard avrodur.
Ümumdünya səhiyyə təşkilatı bütün ölkələrin rəhbərlərinə tövsiyə edir ki, ÜMUMİ Daxili Məhsulun ən azı 5 faizi səhiyyəyə ayrılmalıdır, Almaniyada bu rəqəm 10-11 faiz, ölkəmizdə isə İTS fondu hesabına cəmi 4 faizə yaxın ola bilər
Səhiyyənin inkişafıını beynəlxalq performans göstəricilərində adambaşına düşən dövlət büdcəsinin səhiyyə xərcləri ayırd edir
Bu rəqəm Almaniyada bütün xərclər nəzərə alınmaqla təxminən 5,3 min dollar, ölkəmizdə isə cəmi 370 manat təşkil edir.
Rusiyada bu göstərici 1,1 min dollar, Türkiyə də isə 800 dollardır.Tibbi xidmət əmtəənin bir növüdür, onun pulla ifadə olunan dəyəri vardır, hər fəaliyyət səhiyyədə pulla həyata keçirilir
Almanlar O qədər ağılsız deyillər ki, hər adamın sağlamlığına ildə 5,3 min dollar vəsait ayırsınlar,elə bizi kimi 370 manat ayırardılar da!??!? Adambaşına düşən səhiyyə xərcləri deyəndə bura 48 faiz tibb işçilərinin əməkhaqqı, dərman və tibbi texnika, təsərrüfat və kommunal, dövlət satınalmalar, habelə ambulans alınması, təmiri, yanacaq, səhiyyə ocaqları təmiri və S xərcləri aiddir.
Obrazlı desək, ambulansla xəstəni Gəncədən Bakıya 10 litr benzinlə gətirmək olarmı?
O, təxminən 45-50litrə gətirilir, qalan xərclər dərmanla bir yerdə xəstənin üstünə "yüklənir",bu isə O deməkdir ki, ailə büdcəsinin hesabına səhiyyə "inkişaf"edir????!?
Adambaşına düşən dövlət büdcəsinin səhiyyə xərclərinin yetərincə olmaması təkcə tibbi xidmətdə problem yaratmır, O həm də əhalinin sosial vəziyyətinə mənfi təsir edir
İmkan olsa diqqət yetirərsiniz, millət vəkilləri, O cümlədən deputat həkimlər bu il də səhiyyə xərclərinin azlığından yox, bolluğundan danışacaqlar, halbuki elə Rəşad Mahmudov İTV -də suala cavab olaraq ilin əvvəlində demişdi: Avropa ölkələrində adambaşına düşən dövlət büdcəsinin səhiyyə xərcləri 5-6 min avro, bizdə isə 400 manata qədərdir
Bunu Milli Məclisin iclasında təkrar edə bilərmi?! Zənnimcə, yox...
Üstəlik bir ciddi büdcə "sindromu"da var, beləki keçən ilin axırlarında Maliyyə nazirliyi və Hesablama palatası səhiyyədə ciddi maliyyə pozuntuları aşkar etmişdi, iddia olunurdu bu rəqəm TƏBİB -İN FƏALİYYƏTİNDƏ 250 milyon manatdır Köhnə rəhbərlik və digər iri səhiyyə müəssisələrinin direktorları işdən azad olunsalarda,"cəzaları"indi özlərinə məxsus Özəl Klinikalarda baş həkim stolunda oturmaları oldu
Beləliklə, yeni Səhiyyə naziri üçün modern idarəetmə sistemi olsa da, onun rasional və hüquqi idarəedilməsi birbaşa büdcə vəsaitinin çoxluğundan asılı olacaq.Düzdür büdcəmiz azdır, azad edilmiş ərazilərdə bərpa işlərinə də az vəsait ayrılmır, amma deyirik ki, Almaniyadan bu rəqəm 5dəfə az olsun da,15 dəfə olmaz axı
Bunu mən demirəm, dünya təcrübəsi deyir,ÜST deyir.
Səhiyyə iqtisadiyyatı üzrə alimlər belə qənaətə gəliblər ki, hansı ölkə səhiyyəyə, xüsusilə profilaktik təbabətə daha çox vəsait ayırırsa, O ölkənin ÜDM i də, iqtisadiyyatı daha bol olur..."
Xəbəri paylaş

























