Fərid Şəfiyev: Azərbaycan xarici siyasətinin şərq istiqamətini gücləndirir

 
Dünən, 10:56           
Son 6-10 ildə Azərbaycanın xarici siyasətində şərq ölkələri ilə əməkdaşlığın genişləndirilməsi meyli müşahidə olunur.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Orta Dəhliz və onun perspektivləri: Azərbaycan, Cənubi Koreya və Avrasiya arasında nəqliyyat əlaqələrinin gələcəyi” adlı tədbirin açılışında bildirib.
“Son 6 və bəlkə də 10 il ərzində biz Azərbaycanın xarici siyasətində mənim Şərqə dönüş adlandırdığım bir halı müşahidə edirik. Bu, ölkənin beynəlxalq platformalarda və təşkilatlarda iştirakında özünü göstərir”, – o qeyd edib.
F.Şəfiyev, həmçinin regionda davam edən münaqişələr fonunda Orta Dəhlizin artan əhəmiyyətini vurğulayıb:
“Asiya və Avropa arasında sabit və təhlükəsiz əlaqəyə artan tələbat şəraitində bu mövzu xüsusilə aktualdır. Biz Azərbaycanın şimalında və cənubunda hələ də həll olunmamış iki hərbi münaqişə görürük. Bununla belə, Azərbaycan və Orta Dəhliz boyunca yerləşən digər ölkələr sabit nəqliyyat əlaqəsi təklif edir”.
Bu kontekstdə F.Şəfiyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitinin Azərbaycanda keçirilməsini, eləcə də ölkənin digər beynəlxalq tədbirlərdə iştirakını xatırladıb.




Xəbəri paylaş


 
 


Xəbər lenti