İlham Əliyev: Əraziləri işğal olunan ölkə kimi insanlarımızın adi hüquqlarının pozulması ilə heç vaxt barışmayacaqdıq

 
Bu gün, 11:28           
forum1

 
Son illərdə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi olub.
Bunu Prezident İlham Əliyev Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı deyib ki, illər ərzində danışıqlar hər hansı nəticəyə gətirib çıxarmadı və əslində, danışıqlar formatı elə bir şəkildə idi ki, nəinki münaqişə həll olunmasın, hətta o dondurulmuş vəziyyətdə qalsın:
“Görünür, böyük güclər dünyada bunun üzərində bir konsensusa gəlmişdilər. Lakin onlar Azərbaycan xalqının və hökumətinin planları və ideyaları ilə münasibətdə səhv hesablamalar aparmışdır. Çünki biz işğal olunmuş ölkə kimi insanlarımızın adi insan hüquqlarının pozulması ilə heç vaxt barışmayacaqdıq, onlar bunu bilməli idi”.
Prezidentin sözlərinə görə, Azərbaycan heç vaxt ümidini itirməyib:
“Biz görürdük ki, danışıqlar heç bir nəticəyə aparmır və biz səylərimizi göstərmək fikrinə gəldik, BMT-nin nizamnaməsinə, 51-ci maddəsinə, yəni özünümüdafiə hüququna əsaslanaraq düşməni məğlub etdik. Bununla da illərlə işğal altında olan ərazilərimiz azad edərək beynəlxalq hüququ bərpa etdik. Biz öz gücümüz hesabına BMT-nin TŞ 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını həyata keçirdik. Orada Ermənistan qüvvələrinin bizim torpaqlardan tam çəkilməsi tələb olunurdu ki, bu sadəcə kağız üzərində qalırdı”.




Xəbəri paylaş


 
 


Xəbər lenti